İDMAN
Azərbaycan millisi bütün karate növləri üzrə dünya çempionatında uğurla çıxış edib
Bakı, 30 noyabr, AZƏRTAC
Moskvada tarixdə ilk dəfə bütün karate növləri üzrə dünya çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının vitse-prezidenti, yığmamızın baş məşqçisi Abbas Hünbətovun rəhbərliyi altında komandamız təmsil edib.
Qırxdan artıq ölkədən minə yaxın idmançının iştirak etdiyi yarışda millimiz uğurlu çıxışı ilə yadda qalıb. Çempionatda 37 kiloqram çəki dərəcəsində yarışan Sənan Xəlilli bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər idmançımız Əlisəfər Əmirov (39 kq) finaladək inamla irəliləyib. Ancaq həlledici görüşdə məğlub olan təmsilçimiz gümüş medalla kifayətlənib.
Millimizin üzvləri Allahyar Əhmədov (25 kq), Qeys Bağırzadə (32 kq), Rüfət İsayev (57 kq) və Lalə Mikayılova (64 kq) dünya çempionatını üçüncü pillədə başa vurublar.
Dünya çempionatı çərçivəsində festival da təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [23:10]
Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib
- 03.05.2024 [22:11]
Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib
- 03.05.2024 [21:14]
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
- 03.05.2024 [19:40]
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]