İDMAN
Azərbaycan millisi İraq yığması ilə qarşılaşacaqdır
Bakı, 8 iyul (AZƏRTAC). Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, “A” qrupunda yer almış Azərbaycan millisi iyulun 8-də “Dalğa Arena”da İraq komandası ilə qarşılaşacaqdır.
Bundan əlavə, “A” qrupunda Mali-Kanada, “B” qrupunda Əlcəzair - Fransa, Bəhreyn - Keniya qarşılaşmaları keçiriləcəkdir.
Oyunlar Bayıl, “Şəfa” və Zirə stadionlarında təşkil olunacaqdır.
“A” qrupunda qərarlaşmış Azərbaycan yığması keçirdiyi hər iki oyunda qələbə qazanmışdır. Azərbaycan millisi Kanada və Mali yığmalarını məğlub etmişdir.
Azərbaycan komandası İraq yığması ilə eyni xal (6) toplasa da, topların fərqinə görə 2-ci yerdə qərarlaşmışdır.
Növbəti yerləri isə Mali və Kanada komandaları tuturlar.
“A” qrupunda hansı komandanın lider kimi mərhələni başa vuracağı bu gün keçiriləcək Azərbaycan-İraq komandalarının qarşılaşmasından sonra məlum olacaqdır.