Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anastasiya Lavrina: Böhtan xarakterli qətnamə layihələri ABŞ-ın Azərbaycandakı nüfuzuna xələl gətirir

Anastasiya Lavrina: Böhtan xarakterli qətnamə layihələri ABŞ-ın Azərbaycandakı nüfuzuna xələl gətirir

Bakı, 4 iyul, AZƏRTAC

ABŞ Konqresində sükunət yenidən pozulub. Ermənipərəst konqresmenlər Cənubi Qafqazda Bakı ilə İrəvan arasında tədricən davam edən və çoxdan gözlənilən sülh sazişinin bağlanmasına gətirib çıxaracaq hadisələrdən narahatdırlar. Ermənistanda siyasətçilər öz bəyanatlarında Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması zəruriliyindən tez-tez danışmağa başlayıblar ki, bu da Ankaranın dəfələrlə səsləndirdiyi kimi, Azərbaycanla sülh olmadan ağlasığmazdır. Öz suverenliyini və ərazi bütövlüyünü bərpa edən Azərbaycanın dünya miqyasında nüfuzu getdikcə artır. Təbii ki, hadisələrin inkişafının belə ssenarisi illərdir Cənubi Qafqazda sülhün bərqərar olmasına qarşı çıxan erməni diasporu və onun lobbiçiləri üçün əlverişsizdir. Nəticədə ermənipərəst konqresmenlər Anna Eşu (Kaliforniya) və Kristofer Smit (Nyu-Cersi) “Dağlıq Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə kampaniyası apardığına görə Azərbaycanın qınanması” adlı böhtan xarakterli qətnamə layihəsi təklif ediblər. Dəfələrlə vurğulandığı kimi, hər iki ştatda böyük erməni diasporu var və seçkilər zamanı onların səsləri mühüm rol oynayır.

Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycanın Rus İcması sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Anastasiya Lavrina danışıb.

Onun sözlərinə görə, riyakarlıq və ikili standartlar nümunəsi olan böhtan xarakterli qətnamə layihələri ABŞ-ın Azərbaycandakı reputasiyasına mənfi təsir göstərir. Həmin iki konqresmenin kimliyini və ABŞ-ın erməni diasporunun bu məsələdə rolunun nədən ibarət olduğunu başa düşmək o qədər də çətin deyil.

Amerikalı siyasətçi, Kaliforniyadan olan Nümayəndələr Palatasının və ABŞ Konqresinin Erməni problemləri üzrə qrupunun üzvü Anna Eşu etnik ermənidir. Onun anası Ermənistanı tərk edərək əvvəlcə İraqa, sonra isə Amerikaya köçüb. 1972-ci ildə təsis edilmiş, anti-Azərbaycan mövqeyi ilə tanınan Adam Şiffin həmsədri olduğu Amerika Erməni Assambleyasının üzvü olan Anna Eşu uzun illərdir ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxır.

Lavrina qeyd edib ki, həmin təşkilatın saytında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində əvvəllər fəaliyyət göstərən qeyri-qanuni separatçı rejimə dəstək üçün açıq çağırışlar var.

Etnik mənsubiyyətlə yanaşı, seçki amilini, daha doğrusu, ABŞ-dakı erməni diasporunun verdiyi dəstəyi istisna etmək olmaz. Amerikanın ANCA Erməni Milli Komitəsinin rəsmi saytında bildirilir ki, təşkilat “hər bir senatorun və təmsilçinin ermənipərəst qanunvericilik üzrə göstəricisi kontekstində geniş spektrli fəaliyyətini yaxından izləyir və sonra seçicilərə xidmət əlaməti olaraq bu məlumatı öz hesabatında geniş şəkildə yayır. Təbii ki, burada əsas meyar anti-Azərbaycan və ermənipərəst qətnamələrin dəstəklənməsidir. Sayt, həmçinin konqresmenin sosial şəbəkələrdə Azərbaycanı tənqid edən bütün yazılarını toplayır. Yəni, Anna Eşu yaxşı səy göstərib və “A+” balı, habelə ANCA-nın “Təqdir nişanı”nı qazanıb. Azərbaycana qarşı yönəlmiş bəyanatların və təşəbbüslərin sayını nəzərə alsaq deyə bilərik ki, bu siyasətçi sırf erməni diasporu üçün çalışır.

Anastasiya Lavrinanın sözlərinə görə, heç kimə sirr deyil ki, Anna Eşunun Ermənistanın hazırkı rəhbərliyi ilə əlaqələri var. O, 2019-cu ildə Konqresdəki qəbulda Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakopyan ilə görüşüb və bu barədə feysbuk səhifəsində yazıb. Eşu qüvvələri birləşdirmək, ABŞ və Ermənistan arasında əlaqələri gücləndirmək üçün nəzərdə tutulmuş Ermənistan Qrupunun üzvü olmaqdan qürur duyduğunu da vurğulayıb. Bu, Ermənistanın hələ də qonşu Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxladığı, qoşunların dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməkdən imtina etdiyi dövrdə baş verib. Nəzərə almaq lazımdır ki, ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.

Anna Eşu Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə nəticələnən “məxməri inqilab”ın nəticələrini dəstəkləyərək, Ermənistanda demokratiyadan dəm vurmağı xoşlayır. Onun ABŞ nümayəndə heyətinin tərkibində Ermənistana gəldiyi 2017-ci ilə nəzər saldıqda, bu qənaətin nə qədər səmimi olduğunu başa düşmək olar. Amerikalı konqresmenlər Azərbaycanın o vaxt işğal altında olan Qarabağ ərazisinə qeyri-qanuni və Vaşinqtonun rəsmi mövqeyinə zidd səfər ediblər. Daha sonra Anna Eşu Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla görüşdə də demokratiyadan danışıb, bu şəxsin Xocalıda mülki azərbaycanlıların qətlində əli olduğunu heç vaxt təkzib etməməsi faktını isə hesabatdan çıxarıb. Ermənistanda rəhbərlik dəyişdikdən sonra amerikalı siyasətçi dərhal yeni hökumətə doğru addımlamaq üçün “ayaqqabılarını dəyişib”. Anna Eşunun demokratiya anlayışı bundan ibarətdir.

Anastasiya Lavrina vurğulayıb: “Bir çox mənbələrə və beynəlxalq jurnalistlərin xronikalarına görə, etnik ermənilərin könüllü tərk etdikləri Qarabağa qayıtmaq hüququndan danışan Anna Eşu etnik azərbaycanlıların müasir Ermənistandakı öz tarixi torpaqlarına qayıtmaq üçün qanuni hüququna məhəl qoymur. Ermənistandan zorla qovulmuş yüz minlərlə azərbaycanlını birləşdirən Qərbi Azərbaycan İcması bu insanların və onların övladlarının öz yurd-yuvalarına qayıtması üçün onların qanuni hüquqlarını müdafiə edir. Lakin Anna Eşu heç bir bəyanatında bu məsələni qaldırmayıb. Bu, başqasının gözündə saman çöpü axtarmaq kimidir, halbuki onlar öz gözlərində tiri görmək istəmirlər. Anna Eşu etnik ermənilərin də uzun illər yaşadıqları çoxmillətli Azərbaycan cəmiyyətinə qarşı qərəz və tənqiddənsə, monoetnik Ermənistanın gələcəyindən narahatlıq keçirsə, daha yaxşı olardı”.

Qeyd edək ki, bu, Anna Eşunun etnik ermənilərin hüquqları mövzusunda müraciətlə bağlı ilk cəhdi deyil. Onun, həmçinin ABŞ Konqresinin Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi ilə əlaqələri də yaxşı məlumdur. 2023-cü ilin oktyabrında onlar ABŞ Prezidenti Co Baydenə məktubla müraciət edərək, Qarabağ ermənilərinə qarşı guya “etnik təmizləmə” apardığına görə Azərbaycanı məsuliyyətə cəlb etməyi təklif ediblər. Bir il əvvəl Anna Eşu o vaxt Konqres Nümayəndələr Palatasının spikeri postunu tutan Nensi Pelosini Ermənistan səfərində müşayiət edib və orada İrəvanı dəstəkləyən gurultulu ifadələr də səsləndirilib. Təəccüblü heç nə yoxdur, 2022-ci ildə Tayvana səfər edərək Çinin ərazi bütövlüyünü şübhə altına alan, silsilə qalmaqallara səbəb olan siyasətçi Nensi Pelosidən başqa nə gözləmək olardı?

2023-cü ilin noyabrında Anna Eşu Konqresdə 30 illik fəaliyyətindən sonra təqaüdə çıxdığını elan edib. Buna baxmayaraq, siyasi karyerasının sonunda erməni diasporunun maraqlarına fəal dəstək vermək cəhdi onun rahat qocalığını tam təmin edə bilər.

Öz növbəsində, ermənipərəst lobbiçi Kristofer Smit uzun illərdir ki, Azərbaycanın demokratiya ilə bağlı problemləri olduğu, insan haqlarının pozulduğu kimi sönük bəhanələr ilə Qarabağda əvvəllər fəaliyyət göstərən qanunsuz separatçı rejimə yardım kampaniyası aparırdı. O, 2021-ci ildə 44 günlük müharibənin nəticələrini qəbul etmək istəməyib və ABŞ hökumətini Qarabağdakı qanunsuz rejimə 50 milyon dollar humanitar yardım ayırmağa çağırıb. Bunun Vaşinqtonun separatçıların fəaliyyətinin maliyyələşdirilməsinə cəlb edilməsi cəhdi kimi qiymətləndirmək olar.

Anna Eşu kimi, Amerika Erməni Milli Komitəsi (ANCA) Kristoferin səylərini də qiymətləndirib, lakin o, “A” qiyməti cədvəli üzrə Annadan bir qədər aşağı bal alıb.

Azərbaycanın Rus İcması sədrinin birinci müavininin qeyd etdiyi kimi, əgər Anna Eşu etnik mənsubiyyəti səbəbindən hərəkət edirsə, Kristofer Smit açıq-aydın sırf maddi maraqlara malikdir. Sonuncu, həmçinin Bakı ilə İrəvan arasında sülhdən açıq-aşkar gəlir gözləməyən və Vaşinqtonla Bakı arasında yaxşı münasibətlərin inkişafında özlərinə heç bir fayda görməyən şəxslərdən biridir. O, 2015-ci ildə “Azərbaycan Demokratiya Aktı” adlanan HR 4264 sənədini təqdim edib ki, bu da ABŞ-dan “Azərbaycan hökumətinin yüksəkvəzifəli üzvlərinə viza verməməyi” tələb edir. Bu sənəd həmin vaxt çoxlu müzakirələrə səbəb olmuş və ikitərəfli münasibətlərə xələl gətirmişdi. 2023-cü ildə Kristofer Smit artıq öz “uzaqgörənliyi” ilə Amerika hökumətini Azərbaycan tərəfindən təhdid edilən Ermənistana hərbi maliyyə yardımı ayırmağa çağırmışdı.

A.Lavrina deyir: “Kristofer Smit nə vaxtsa əvvəllər işğal olunmuş ərazilərdə Azərbaycan xalqının maddi-mədəni irsinin məqsədyönlü şəkildə məhv edilməsini tənqid edən bəyanatla çıxış edibmi? Yox! Dağıdılan məscidlərin, pravoslav və alban kilsələrinin taleyi onu maraqlandırıb? Xeyr! Yaxud o, Ermənistanın mina terrorundan, Azərbaycanın bu gün dünyanın ən çox minalarla çirklənmiş ölkələri sırasında yer almasına səbəb olan milyonlarla minalardan, “Qafqazın Xirosiması” adlandırılan Ağdam şəhərindən danışıbmı? Bəlkə Ermənistanın işğal illərində törətdiyi dağıntıların miqyası haqqında nəsə deyib? Qətiyyən! Amma bir çox ölkələrin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, onlarla beynəlxalq media bütün bunlardan danışır. Qarabağda etnik təmizləmə ilə bağlı heç bir rəsmi sübutu olmayan uydurma hekayələrdən fərqli olaraq, ictimaiyyətdə ermənilərin mülki azərbaycanlılara qarşı cinayətləri, o cümlədən bir sıra şəhər və kəndlərdə soyqırımı aktları, işğal dövründə Şuşa həbsxanasında işgəncə və qətl faktları ilə bağlı çoxsaylı sübutlar mövcuddur”.

Azərbaycanın Rus İcması sədrinin birinci müavini müsahibənin sonunda deyib: “Tamamilə aydındır: Anna Eşu və Kristofer Smit böhtan xarakterli kağız parçaları ilə Amerika Erməni Milli Komitəsində maaşlarını qazana bilərlər, lakin Azərbaycanın mövqeyinə və imicinə təsir göstərə bilməyəcəklər. Azərbaycan xalqı öz səyləri bahasına ölkənin ərazi bütövlüyünü bərpa edərək öz doğma torpağında dinc yaşamaq hüququ qazanıb. Biz Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında vahid cəbhədə sıx birləşməklə, dinc əhalinin heç vaxt Azərbaycan Ordusunun hədəfinə çevrilmədiyi döyüş meydanında beynəlxalq hüququn bütün normalarına, davranış qaydalarına uyğun ədalətə nail olduq. Bu gün isə məhz Azərbaycanı haqlı olaraq bütün Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təminatçısı adlandırırlar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nin xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb