Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan növbəti dəfə “Gilan Turizm”in təşkilatçılığı ilə “Hestourex” sərgisində

Bakı, 16 aprel, Abdulla Suvar, AZƏRTAC

Antalyaya axşam saatlarında çatdıq. Yaşıllıqlarla əhatə olmuş bu bənzərsiz məkanda ilıq və xoş bahar havasını ciyərlərimizə çəkdikcə, yol yorğunluğunu tamamilə unutduq. Bura ilk andan insana olduqca doğma, xoş təəssürat bağışlayırdı. Axı dili, dini və mədəniyyəti bir olan qardaş ölkədə özünü necə qərib hiss edə bilərsən...

Yolboyu bir neçə yerdə "Hestourex-2018" (Səhiyyə, idman və alternativ turizm) sərgisini əks etdirən bilbordları görürdük. Bu da sərginin əhəmiyyətli olduğunu bir daha təsdiqləyirdi. İştirakçı ölkələrin bayraqlarının dalğalandığı sırada Azərbaycan bayrağını görmək isə olduqca qürurverici idi. Belə sərgilər əslində ölkəmizin daha geniş coğrafiyada tanınmasında, turizm imkanlarımızın təbliğində, eləcə də qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasında bir vasitə rolunu oynayır.

Hər bir sərgi yeni fürsətlərin dəyərləndirilməsinə açılan bir pəncərədir. Bu baxımdan “Hestourex”in gələcək əməkdaşlığa verə biləcəyi töhfələri indidən hədəfləmək mümkündür.

“Hestourex” sərgisinin Türkiyə və Azərbaycana fayda verməsi üçün çalışacağıq

Sərgidə ölkəmizi Türkiyənin Sağlamlıq Turizm Assosiasiyasının Bakıdakı şəbəkə ofisi - “Gilan Turizm” şirkətinin təşkilatçılığı ilə Azərbaycanın aparıcı tibb ocaqları - Mərkəzi Gömrük Hospitalı, Diaqnostika Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası və digər müəssisələrin həkimləri, turizm agentliklərinin nümayəndələri, o cümlədən jurnalistlər təmsil edirdi.

Antalyanın Ekspo Mərkəzində təşkil olunan təntənəli açılış mərasimində Türkiyə Sağlamlıq Turizm Assosiasiyasının (THTC) rəhbəri Emin Çaxmaq çıxış edərək beynəlxalq tədbirin əhəmiyyətinə toxunub. O bildirib ki, sərginin məqsədi Türkiyənin sağlamlıq turizmi baxımından inkişafını göstərmək, ölkənin tibb müəssisələrinə dünyanın hər yerindən xəstələr cəlb etmək, səhiyyə sahəsində təcrübə və fikir mübadiləsi aparmaq, ən müasir tibbi avadanlıq və alternativ müalicə metodlarını araşdırmaq və mütəxəssislərin fikir mübadiləsini təmin etməkdən ibarətdir. Türkiyə Prezidentinin təşəbbüsü və himayəsi altında keçirilən beynəlxalq sərgiyə 165 ölkənin təmsilçisi qatılıb.

Mərasimdə Antalya valisi Münir Karaloğlu, Antalyanın bələdiyyə rəhbəri Menderes Türel, Türkiyə Böyük Millət Məclisinin üzvü Gökcen Özdoğan Enç və başqaları çıxış edərək sərginin səhiyyə, idman və alternativ turizmin inkişafına verəcəyi töhfələrdən söz açıblar. Qeyd olunub ki, sərgi 2018-ci ildə bu bölgədə turizm sahəsində öz hədəflərini reallaşdıracaq. Bunun da nəticəsi olaraq 2019-cu ildə Türkiyəyə 40 milyon, Antalyaya isə 12 milyon turistin gəlməsi gözlənilir.

THTC-nin Bakıdakı şəbəkə ofisinin direktoru, “Gilan Turizm”in təmsilçisi Fərid Məcidov jurnalistlərə bildirib ki, təşkilatın əsas məqsədi dünyanın 80-dən çox ölkəsindən, o cümlədən Azərbaycandan Türkiyə tibb ocaqlarına sağlamlıq turizmi üçün insanları cəlb etməkdir: “Bu sərgi ikinci dəfədir təşkil olunur. Ötən il də biz Azərbaycanın aparıcı tibb müəssisələri mütəxəssislərinin sərgidə iştirakını təmin etdik. Bir neçə gün davam edən sərgidə onlar klinika təmsilçiləri, otel nümayəndələri, alternativ turizm kompleksinin nümayəndələri ilə görüşlər keçirir, gələcək əməkdaşlığın təməlini qoyurlar. Keçənilki görüşlərin nəticəsi artıq mövcuddur. Azərbaycanda da tibbi turizmin müxtəlif sahələri inkişaf etməkdədir. Buna baxmayaraq, qarşılıqlı əməkdaşlığa, təcrübə mübadiləsinə hər zaman ehtiyac var. Bundan sonra da Türkiyə Respublikası Sağlamlıq Turizm Assosiasiyasının Bakıdakı şəbəkə ofisi - “Gilan Turizm” şirkəti olaraq "Hestourex" sərgisinin iki qardaş ölkəyə - Türkiyə və Azərbaycana faydalı olması üçün öz töhfəmizi verməyə çalışacağıq".

Qeyd edək ki, “Hestourex 2018” Məşvərət Şurasının üzvü, TUROYD təşkilatının Azərbaycan və Ağdəniz regionları üzrə sədri Halil Duru təşkilatın stendində sözügedən sərgiyə lazımi dəstək verib. Tədbirdə, eyni zamanda, sığortaçıların, turizm məhsulları üzrə mütəxəssislərin, otel təmsilçilərinin iştirakı ilə panellər təşkil olunub, seminarlar, ustad dərsləri, azərbaycanlı tibb nümayəndələrinin iştirakı ilə B2B formatında səmərəli görüşlər keçirilib. Azərbaycandan getmiş həkimlər sərgi çərçivəsində panellərdə görüşlər keçirdilər, sağlamlıq turizmin əhəmiyyəti, qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi apardılar. Görüşlərdə səhiyyənin müxtəlif sahələrinə, perspektivlərinə aid ilkin razılaşmalar da əldə olundu.

Qeyd edək ki, dünyanın bu cür böyük tədbirlərində ilkin razılaşmalar, reklam və təbliğat böyük rol oynayır. Bunu keçirilən görüşlərdə təkcə Türkiyənin sağlamlıq turizmi mütəxəssisləri deyil, həmçinin dünyanın müxtəlif ölkələrindən gələn turizm peşəkarları da etiraf edirdilər. Onlar bu sahədə Azərbaycanla da yaxından əməkdaşlıq qurmaqda maraqlı olduqlarını bildirirdilər. Təkcə sağlamlıq, idman və alternativ turizm sahəsində yox, qarşılıqlı fayda verən bütün sahələrdə münasibətlərin daha sıx olmasından iştirakçı olan bütün ölkələr faydalana bilər.

Azərbaycan Dünya Sağlamlıq Turizmi Təşkilatına rəhbərliyə başlayıb

“Hestourex-2018” sərgisi çərçivəsində beynəlxalq təşkilatın seçki iclası olub. Seçkidə 22 ölkədən 48 nümayəndə iştirak edib.

Seçkidə Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın sədri Ruslan Quliyev Dünya Sağlamlıq Turizmi Təşkilatının (DSTT) prezidenti seçilib. Beləliklə, təşkilata rəhbərlik Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana keçib.

Səsvermə ilə təşkilatın altı vitse-prezidenti də elan olunub. Eyni zamanda, Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın idarə heyətinin üzvi Ceyhun Aşurov DSTT-nin baş katibinin müavini seçilib.

Toplantıda çıxış edən Ruslan Quliyev Azərbaycan sağlamlıq turizminin imkanları və perspektivləri barədə məlumat verib, təşkilatın platformasını açıqlayıb. Onun sözlərinə görə, bu seçim Azərbaycanda sağlamlıq turizminin inkişafına töhfə verəcək və müvafiq sahənin tanıdılmasına geniş imkanlar yaradacaq: "Bu təşkilatda fəal üzvlüyümüz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb. Ötən beş ildə ölkəmizin turizm potensialının tanınmasına böyük əmək sərf olunub. Çalışacağıq ki, rəhbərliyimiz dövründə də bu istiqamətdə işlərimizi davam etdirək. Azərbaycanın Dünya Sağlamlıq Turizmi Təşkilatına səsvermə yolu ilə rəhbər seçilməsi ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Toplantının nəticələrinə görə, 2019-cu ildə Beynəlxalq Sağlamlıq Turizm Forumu Azərbaycanda keçiriləcək. Bu da ölkəmizdə turizmin daha da genişlənməsinə təkan verəcək".

Qeyd edək ki, 60 ölkənin, o cümlədən Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə və Hindistan kimi ölkələrin təmsil olunduğu beynəlxalq quruma Azərbaycan 2014-cü ildən üzvdür.

Niyə məhz Azərbaycan?

Bu gün Azərbaycanın dünya turizminin bir parçası olmaq uğrunda gördüyü işlər öz bəhrəsini verməkdədir.

Bilmirəm, nə sirri-xudadırsa, bu torpaq insanları özünə yaman cəzb edir. Dünyanın dörd bir tərəfi cənnət-məkan olsa da, Azərbaycan bu gözəlliyin tacı, zirvəsi, nur saçan çırağıdır desək, yanılmarıq. Zaman keçir, dünya sürətlə inkişaf edir. Amma Şərqin hikmətini, fəlsəfəsini, müdrikliyini Qərbin müasirliyi ilə birlikdə qoruyan, yaşadan və böyük məharətlə dünyaya təqdim edən Azərbaycan onu deyib gələn hər kəsin yaddaşında əbədi iz salmağı bacarır...

Qafqazı "bəşəriyyətin beşiyi" adlandıran böyük fransız ədibi Aleksandr Düma "Qafqaz əsəri"ndə Azərbaycanın, onun təbiəti və insanlarının ürəyində dərin iz buraxdığını açıq şəkildə vurğulayaraq "Nə olaydı, mənə bir də bu yerlərə gəlmək qismət olaydı!" deyib. Onun Azərbaycana gəldiyi vaxtdan bizi bir əsr yarımdan artıq dövr ayırsa da, avropalılar bu gün də ölkəmiz haqqında öz sələfləri kimi ürəkdolusu danışırlar. Ona görə ki, Şərq və Qərb sivilizasiyalarını bir araya gətirən Azərbaycan insanlarının səmimiliyi və qonaqpərvərliyi, tarixi-mədəni abidələri, gözəl təbiəti, min bir dərdin dərmanı olan mineral bulaqları, milli xörəkləri, musiqisi və bir çox digər sərvətləri ilə hər zaman məşhur olub və olacaq.

Hər zaman faktın aliliyi deyilən sözün kəsərinə bələdçi olub, sanbalını müəyyən edib. Söylədiyin fikirlər özünü konkret faktlarda doğrultmursa, onda dediyin sözün çəkisi olmaz, hədəfdən yan keçər. Gəlin, ölkəmizdə turizmin vəziyyətinə bu prizmadan yanaşaq. Ölkəmizdə turizm qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olmaqla, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində mühüm yer tutur. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Turizm Şurası haqqında Əsasnamə"də turizmin qarşısında qoyulan əsas məqsəd Azərbaycanda bu sahədə mövcud vəziyyətin təhlil edilməsi, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir. Son bir neçə ildə qurulan turizm infrastrukturunun nəticəsidir ki, hazırda bu sahədə 46 min nəfər çalışır. Bura mədəniyyət sahəsində çalışan 60 min nəfərdən çox insanı da əlavə etsək, ümumilikdə 100 mindən çox insan turizm sahəsinə xidmət edir. Ötən il ölkəmizə 2 milyon 691 min 998 nəfər turist gəlib. Bu, 2016-cı ildən 20 faiz çoxdur. Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya ilk yerdə qərar tutub. Bu ilin 3 ayı ərzində isə ölkəmizə 627 min 835 nəfər xarici vətəndaş səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 70 min 207 nəfər və ya 12,6 faiz artım deməkdir.

Turizm sahəsinə qoyulun investisiyaların həcmi 91 milyon manatı olub. Ötən il ölkəmizə gələn xarici qonaqların bank xərcləri əməliyyatları 1 milyard manatdan çox olub. Bu da 2016-cı illə müqayisədə 70 faiz artım deməkdir. Nağdsız ödəmələrin sayı 70 faiz artıb. 2018-ci ildə yanvar və fevral ayı ərzində xarici vətəndaşların bank xərcləri 190 milyonu ötüb. İki ay ərzində Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki bank xərcləri 179 milyon təşkil edib.

Azərbaycanın yay turizmi üçün əlverişli məkan olması barədə fikirlər artıq köhnəlib. Çünki yayda istirahətə vaxt tapmayanlar ölkəmizə qışda üz tuturlar. Qusarda Şahdağın ətəyində müasir dağ-xizək, Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda "Tufandağ" Qış-Yay Turizm İstirahət kompleksləri qış istirahətinə üstünlük verənlərin ixtiyarındadır.

Bu qısa arayış, yəqin ki, sizlərdə ölkəmizin Dünya Sağlamlıq Turizmi Təşkilatına rəhbərlik etməsi barədə tam təsəvvür yaratdı. Məncə, bu sadalananlar kifayətdir ki, ölkəmizlə bağlı turizm sahəsində verilən qərarların nə qədər ədalətli olmasına bir daha əminlik yaransın.

165 ölkədən 5 mindən çox tərəfdaşı qarşılayan "Hestourex"

Sərginin qala-gecəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib. O, çıxışında Antalyanın "Hestourex" sərgisinə ikinci dəfə ev sahibliyi etdiyini və ötən il Xarici İşlər Nazirliyinin himayəsi ilə keçirildiyini xatırladıb. Sərgiyə 165 ölkədən 5 mindən çox insanın qatıldığını bildirən Çavuşoğlu iştirakçılara təşəkkür edib.

M.Çavuşoğlu, Türkiyənin ətrafında çoxsaylı böhran, qarşıdurma və dondurulmuş münaqişənin olduğunu söyləyərək deyib: "Türkiyə Suriyadakı vəziyyətə, o cümlədən qonşularında baş verən böhran və münaqişələrin həllinə kömək etmək üçün əlindən gələni edir".

Nazir Türkiyə iqtisadiyyatının inkişaf etdiyini, ötən il bu rəqəmin 7,4 faiz təşkil etdiyini qeyd edib. O, bu rəqəmlə Türkiyənin Avropada ən sürətli templə böyüyən iqtisadiyyata malik ölkə olduğunu vurğulayıb. Türkiyənin doğru yolda irəlilədiyini ifadə edən M.Çavuşoğlu, ölkəsinin uğurunun təkcə mikroiqtisadiyyatla məhdudlaşmadığını diqqətə çatdırıb.

O deyib: "Türkiyə dünyada ən yaxşı səhiyyə sistemi modellərindən birinə malik ölkədir". Türkiyədə çox sayda xəstəxana inşa edildiyinə diqqəti çəkən xarici işlər naziri yaxın zamanda Antalyada da şəhər xəstəxanasının inşasına başlayacaqlarını bildirib.

Gələnilki sərginin bundan daha da yaxşı olacağını söyləyən nazir hamıya xoş arzularını çatdırıb.

“Dünyanın ən gözəl yeri”

Türkiyənin qurucusu, böyük düşüncə adamı Atatürkün "Dünyanın ən gözəl yeri" adlandırdığı Antalya əsl möcüzəvi bir diyardır.

Antalya ərazisinə görə Türkiyənin altıncı böyük şəhəridir. Əhalisinin sayı 2,3 milyon olan kurort şəhəri il ərzində on milyondan çox turist qəbul edir.

Şəhərin kəşf olunmasının maraqlı tarixçəsi var. Rəvayətə görə, kral II Attalos əsgərlərinə əmr edib ki, ona yer üzünün cənnətini tapsınlar. Uzun axtarışlardan sonra indiki Antalya ərazisini bəyənən əsgərlər krala cənnəti tapdıqları xəbərini verirlər. Kralın əmri ilə şəhərdə liman qurulur, Attalosun şərəfinə “Ataleia” adlandırılır. Antalyanın adı qədim ərəb mənbələrində “Antaliye”, türk mənbələrində isə “Adalya” olaraq keçir. Şəhər XX əsrdən başlayaraq "Antalya" kimi tanınır.

Antalya Kemer, Belek, Alanya və Side kimi turizm bölgələri ilə məşhurdur. Burada ən bahalı beşulduz otellər yerləşir.

Antalyanın nəhəng turizm şəhəri olduğunu təkcə bir faktla görmək olar - burada 385 beşulduzlu otel var. Hələ ötən əsrin səksəninci illərində bu kurort şəhərinə 2 milyondan çox turist gəlirmiş.

Turizm sektorunun inkişafı nəticəsində bu rəqəm on iki milyona çatdırılıb. Bu, şəhər əhalisinin sayından 6 dəfə çoxdur. Turistlərin məhz Antalyanı seçməsinin başqa səbəbi də var: şəhər ilin 300 günü günəşli olur. Bölgənin otellərində turistlər üçün yataq sayı bütün İspaniya ilə analoji müqayisədə çoxdur. Başqa bir fakt: 2500 oteli olan Antalya il ərzində dünyanın məşhur şəhərlərindən, məsələn, Milandan, Praqadan daha çox turist qəbul edir.

Bu yerləri gəzmək, şirin tur kəlmələrinə, xoş və gülərüz çöhrələrə baxmaq və bir anlıq da olsa çox oxuyanın deyil, çox gəzənin bilgisinə inanmağın nə qədər önəmli olduğunu bir daha dərk etməyin tamam başqa anlamı var. “Mərhəba”larla başlayıb, “Hoşca qal”larla qurtaran hər bir görüş insanın ömrünə ömür qatar. Heç də şair əbəs yerə deməyib ki, “Mənə xoş gəldin de, əlvida demə, Min görüş yaxşıdır bir ayrılıqdan”. Biz də yenidən görüşmək ümidi ilə ayrıldıq dünyanın cənnət deyə adlandırılan o bənzərsiz diyarından...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək