AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ DUBLİN DİPLOMATİK KONFRANSINDA İŞTİRAK EDƏCƏKLƏR
19 aprel kasetli silahlara qarşı ümumdünya fəaliyyət günüdür. AZƏRTAC xəbər verir ki, bu münasibətlə aprelin 18-də Beynəlxalq Mətbuat Mərkəzində “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi (İB) mətbuat konfransı keçirmişdir.
Birliyin sədri Hafiz Səfixanov bildirmişdir ki, Azərbaycan ərazisində kasetli silahların tətbiqinin monitorinqi aparılmış və layihə 3 rayonda - Füzuli, Tərtər və Tovuzda həyata keçirilmişdir. Azərbaycan ərazisində döyüş əməliyyatlarının aparıldığı dövrdə keçmiş SSRİ-də istehsal olunmuş kasetli silahlardan istifadə edilmişdir. Bunlar, əsasən, kasetli aviabombalar, “Qrad” tipli reaktiv atəş sistemi və 120 millimetrlik mərmilərdir.
Bildirilmişdir ki, Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi prosesini həyata keçirən “Halo Trast” təşkilatı 162 ərazinin bu silahın təsirinə məruz qaldığını bildirmiş və 2007-ci ildə kasetli silahların 6500- dən çox kiçik hissələrini aşkar etmişdir.
Hafiz Səfixanov demişdir ki, kasetli silahlar ən çox təyyarələr vasitəsilə atılır və təyin olunan nöqtəyə çatdıqda partlayaraq böyük əraziyə yayılır. Kasetli silahların tərkibində 566 xırda hissəcik olur və silahların 10 faizi yerə düşdükdə partlamır. Bu da sonradan böyük fəsadlar törədir.
Natiq vurğulamışdır ki, indiyədək kasetli silahların təsirinə məruz qalmış 30 ölkə və ərazi müəyyən edilmişdir. Bu siyahıya Azərbaycan da daxildir.
H.Səfixanov diqqətə çatdırmışdır ki, kasetli silahlara qarşı ümumdünya fəaliyyət günü ərəfəsində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 105 din xadimi kasetli silahların qadağan olunması üçün bütün hökumətlərə müraciət qəbul etmişdir.
Mətbuat konfransında çıxış edən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Martin Amaşer bildirmişdir ki, 2007-ci iln fevralında Oslo şəhərində kasetli silahalrın ləğv edilməsi ilə bağlı 46 ölkənin rəsmi nümayəndəsinin iştirakı ilə “Oslo bəyannaməsi” qəbul edilmişdir. Son illər ərzində bu istiqamətdə müxtəlif şəhərlərdə bir çox beynəlxalq konfranslar keçirilmişdir. Mayın 19-dan 30-dək İrlandiyanın paytaxtı Dublin şəhərində keçiriləcək diplomatik konfransda kasetli silahların istehsalı, tətbiqi, ötürülməsi və ehtiyatın toplanmasını qadağan edən yekun beynəlxalq sənəd hazırlanacaqdır. Bu konfransa 100-dən çox ölkəni təmsil edən diplomatlar qatılacaqlar.
Martin Amaşer demişdir ki, Dublin konfransında Azərbaycanı Xarici İşlər Nazirliyinin yüksək səviyyəli diplomatı təmsil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
- 05.06.2026 [19:41]
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
- 05.06.2026 [19:35]
Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib
- 05.06.2026 [19:25]
Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
- 05.06.2026 [19:05]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [19:03]
Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram
- 05.06.2026 [18:52]
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan
- 05.06.2026 [18:50]
Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır
- 05.06.2026 [18:50]
Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan
- 05.06.2026 [18:44]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:26]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [18:20]
AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir
- 05.06.2026 [18:00]
Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
- 05.06.2026 [17:49]
“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar
- 05.06.2026 [17:47]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [17:40]
Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [17:40]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:38]
Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb
- 05.06.2026 [17:37]
Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH
- 05.06.2026 [17:32]
Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib
- 05.06.2026 [17:31]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [17:19]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
- 05.06.2026 [17:17]