RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BÖYÜK BRİTANİYANIN TİCARƏT VƏ İNVESTİSİYALAR NAZİRİ DİQBİ CONSU QƏBUL ETMİŞDİR
![AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BÖYÜK BRİTANİYANIN TİCARƏT VƏ İNVESTİSİYALAR NAZİRİ DİQBİ CONSU QƏBUL ETMİŞDİR](/files/2008/2/1200x630/14864527346341713706_1200x630.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Böyük Britaniyanın ticarət və investisiyalar naziri Diqbi Consu qəbul etmişdir.
Görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi, Britaniya şirkətlərinin uzun illərdir Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində səmərəli fəaliyyət göstərdiyi vurğulandı. Söhbət zamanı Bakıda keçirilən XV Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətinə toxunuldu və bildirildi ki, bu tədbir regional və beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyətə malikdir.
######