RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İORDANİYA KRALI DİVANININ SİYASİ XƏBƏRLƏR ÜZRƏ BAŞ MÜXBİRİ, İORDANİYA TELEVİZİYA VƏ RADİO KORPORASİYASININ BAŞ REDAKTORU VƏ PRODÜSERİ İMAN AKOURA MÜSAHİBƏ VERMİŞDİR
![AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İORDANİYA KRALI DİVANININ SİYASİ XƏBƏRLƏR ÜZRƏ BAŞ MÜXBİRİ, İORDANİYA TELEVİZİYA VƏ RADİO KORPORASİYASININ BAŞ REDAKTORU VƏ PRODÜSERİ İMAN AKOURA MÜSAHİBƏ VERMİŞDİR](/files/2007/2/1200x630/14869882171514215601_1200x630.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Prezident sarayında İordaniya Kralı Divanının siyasi xəbərlər üzrə baş müxbiri, İordaniya Televiziya və Radio Korporasiyasının baş redaktoru və prodüseri İman Akoura müsahibə vermişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə İordaniya arasında siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin hazırkı vəziyyəti, ikitərəfli əlaqələrin gələcək inkişafı, regional təhlükəsizlik, İordaniyaya qarşıdakı rəsmi səfəri və bu səfərin əməkdaşlığımızın müxtəlif sahələrdə daha da genişlənməsinə töhfəsi və digər məsələlərlə bağlı suallara cavab vermişdir.