RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV STATOİL HYDRO ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU HELGE LİNQİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
![AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV STATOİL HYDRO ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU HELGE LİNQİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR](/files/2008/2/1200x630/14864524242553552342_1200x630.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Norveçin Statoil Hydro şirkətinin baş icraçı direktoru Helge Linqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanla Norveçin Statoil şirkəti arasında uzun illər davam edən səmərəli əməkdaşlıqdan danışıldı. Bakıda keçirilən 15-ci neft-qaz sərgisinin əhəmiyyəti, onun enerji sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət etdiyi vurğulandı. Söhbət zamanı Statoil şirkəti ilə əməkdaşlığın perspektivləri barədə də fikir mübadiləsi aparıldı.
######