Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
-Hörmətli xanımlar və cənablar!

Mən sizi və bütün Azərbaycan xalqını Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıram.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dünya miqyasında bir tarixi hadisə idi. İlk dəfə olaraq Şərqdə, müsəlman aləmində demokratik respublika yaranmışdı. Azərbaycan xalqı üçün isə bu, xüsusi əhəmiyyətli hadisə idi. Azərbaycan xalqı öz müstəqil dövlətini yaratmışdı. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı, nəhayət, öz müstəqil dövlətinə sahib olmuşdu.

Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin, onun qurucularının fəaliyyətinə həmişə böyük hörmətlə yanaşmışdır, onların fəaliyyətinə böyük qiymət vermişdir. Bildiyiniz kimi, keçən il Bakının mərkəzində, İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Bir müddət bundan əvvəl mənim tərəfimdən imzalanmış Sərəncama əsasən, Xalq Cümhuriyyətinin 90 illik yubileyi Azərbaycanda geniş şəkildə qeyd olunur. Müxtəlif yerlərdə, ölkəmizin hər bir yerində böyük tədbirlər keçirilir və bu, bir daha xalqımızın Azərbaycan Xalq Cümhuriyyətinə hörmətinin əlamətidir.

Bildiyiniz kimi, ilk respublikanın ömrü uzun olmadı və iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri olmuşdur. Bu hadisə bir də onu göstərir ki, müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan daha asan məsələdir. Əfsuslar olsun ki, bu acı tarix XX əsrdə ikinci dəfə 1990-cı illərin əvvəllərində təkrarlana bilərdi. O vaxt da Azərbaycan öz dövlət müstəqilliyini bərpa etmişdi və iki ildən sonra ölkədə gedən xoşagəlməz proseslər nəticəsində müstəqillik faktik olaraq əldən gedirdi və Azərbaycan xalqı yenə də böyük fəlakətlə üzləşə bilərdi.

1993-cü ildə vəziyyət böhran həddinə çatmışdı - həm iqtisadi, həm siyasi, həm də hərbi böhran, vətəndaş müharibəsinin başlanması, torpaqlarımızın işğal altına düşməsi. Xüsusilə Şuşa, Kəlbəcər və Laçın rayonlarının işğalı o biri rayonların işğal altına düşməsinin təməlini qoydu, yəni bunu şərtləndirən amillər olmuşdur. Çünki artıq Ermənistanla Dağlıq Qarabağ arasındakı ərazidə azərbaycanlıların yaşadıqları rayonlarda heç kim qalmamışdı. Etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlılar Şuşa, Laçın və Kəlbəcər rayonlarından qovulmuşdu. Beləliklə, müharibənin birinci mərhələsinin nəticələri müəyyən olunmuşdur.

Ancaq ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə qaydışından sonra vəziyyət sabitliyə doğru inkişaf etməyə başlamışdır. Azərbaycan xalqı 1993-cü ildə, demək olar ki, ən ağır, ən çətin vəziyyətdən məhz ulu öndərin rəhbərliyi altında şərəflə çıxa bilmişdir. 1993-cü ildən başlayaraq, ardıcıl siyasət nəticəsində bütün xoşagəlməz hallara son qoyuldu, böhrana son qoyuldu və Azərbaycan inkişaf dövrünü yaşamağa başladı. Bu dövr bizim hamımızın yaxşı xatirindədir. Bu, inkişaf və sabitlik dövrüdür və demokratik, inkişaf edən ölkəni şərtləndirən bütün amillər Azərbaycanda tətbiq edilməyə başlanmışdır. Azərbaycan demokratiya yolunu, bazar iqtisadiyyatı yolunu seçmişdir. Azərbaycanda gedən əsaslı iqtisadi və siyasi islahatlar ölkəmizi böyük dərəcədə gücləndirə bilmişdir. 1993-2003-cü illər Azərbaycan tarixində inkişaf illəri kimi yadda qalır. Bu illər ərzində, demək olar ki, əsas çətinliklər arxada qaldı. Ölkəmiz beynəlxalq aləmə sürətlə inteqrasiya etməyə başladı. Ən cəsarətli və qətiyyətli iqtisadi islahatlar həyata keçirilməyə başlandı. Heydər Əliyevin neft strategiyası başlandı və bu salonda 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı ki, o, bu gün də Azərbaycanın uğurlu və müstəqil həyatını böyük dərəcədə təmin edir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinin keçmişinə böyük hörməti var idi və məhz onun qərarları nəticəsində həm yaxın, həm də uzaq keçmişimizə düzgün və ədalətli qiymət verilmişdir.

Bu gün Azərbaycan dünyada öz yerini möhkəmləndirir. Bizim həm iqtisadi cəhətdən, həm də siyasi cəhətdən bütün səylərimiz ölkəmizin möhkəmlənməsinə yönəldilibdir. Mən bunu artıq bir neçə dəfə qeyd etmişəm və bir daha demək istəyirəm ki, Azərbaycanda bütün islahatlar - iqtisadi islahatlar və siyasi islahatlar paralel şəkildə aparılır. Biz keçmişdən və başqa ölkələrin tarixindən yaxşı bilirik ki, əgər bu islahatlar paralel şəkildə keçirilməsə, xüsusilə, keçid dövrünü yaşayan ölkələrdə böyük çətinliklər yarana bilər. Bizim əldə etdiyimiz nəticələr, Azərbaycanda görülən işlər və bunların düzgün istiqamətdə getməsi bir daha onu göstərir ki, bu, yeganə düzgün seçimdir, yeganə düzgün siyasətdir. Bu siyasət nəticəsində Azərbaycanda həm sabitlik qorunub saxlanılır, möhkəmlənir, həm də ictimai-siyasi asayiş tam şəkildə bərqərar olmuşdur.

Azərbaycan demokratiya yolu ilə inkişaf edir. İqtisadi və sosial islahatlar uğurla icra edilir. Biz dünya birliyinə sürətlə inteqrasiya edirik və bu inteqrasiya, əlbəttə ki, ölkəmizin hərtərəfli inkişafı üçün böyük rol oynayır. Ona görə bu gün əminliklə deyə bilərik ki, artıq Azərbaycan müstəqil dövlət kimi tam şəkildə formalaşıbdır. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət aparmaq iqtidarında olsun və bunu biz görürük. Azərbaycan bütün sahələrdə müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının milli maraqları üzərində qurulur, onun təməlində Azərbaycan xalqının maraqları dayanır. Müstəqil siyasət aparmaqla biz, eyni zamanda, bütün ölkələrlə və beynəlxalq təşkilatlarla bərabər hüquqlu, qarşılıqlı hörmət əsasında ikitərəfli və çoxtərəfli münasibətlərin yaranmasına da nail ola bilmişik. Biz açıq siyasət aparırıq. Bizim sözümüzlə əməlimiz arasında fərq yoxdur. İstər beynəlxalq münasibətlərdə, istər daxili siyasətdə bizim siyasətimiz xalq tərəfindən dəstəklənir və bu, əlbəttə ki, gələcəkdə islahatların davam etdirilməsi üçün bizə əlavə qüvvə verir. Çünki hər bir hakimiyyətin mənbəyi xalqdır və Azərbaycan xalqı öz strateji seçiminə sadiqdir. 1993-cü ildə bu seçimi edib və bu gün ona sadiqdir.

Biz çalışmalıyıq ki, gələcəkdə Azərbaycanı daha da sürətlə inkişaf etdirək. Bunu etmək üçün bütün imkanlar var. Mən qeyd etdim ki, Azərbaycan açıq qapılar siyasəti aparır. Biz dünyaya açığıq, əməkdaşlığa, dostluğa meyilliyik. Çox sevindirici haldır ki, Azərbaycan bütün ölkələrlə normal, işgüzar, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına nail ola bilmişdir. Biz beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edirik. Beynəlxalq təşkilatlara üzv olanda müəyyən öhdəliklər götürmüşük və biz bu öhdəlikləri yerinə yetiririk. Biz istənilən beynəlxalq təşkilata könüllü şəkildə daxil olmuşuq. O təşkilatlara ona görə daxil olmuşuq ki, öz maraqlarımızı daha da böyük dərəcədə müdafiə edək, islahatları daha da dərinləşdirək və dünya birliyinə daha da sürətlə inteqrasiya edək. Ancaq indiki şəraitdə biz onu da bilirik ki, Azərbaycanın önəmi artır. Azərbaycan güclü dövlət kimi dünyada, bizim bölgədə böyük hörmətə malik olan bir ölkədir. Bizim xarici siyasətlə bağlı təşəbbüslərimiz dünyada çox yüksək qiymətləndirilir. Azərbaycanın birmənalı siyasəti və dostluğa, əməkdaşlığa istiqamətlənmiş siyasət, əlbəttə ki, bütün dünyada yüksək qiymətləndirilir.

Biz siyasi islahatları davam etdirməklə ölkəmizi müasirləşdiririk, gücləndiririk. Çünki siyasi islahatlar hər bir ölkə üçün vacibdir. İstər inkişaf etmiş ölkə olsun və tam şəkildə özünü demokratik ölkə kimi tanıtsın, yaxud da keçid dövrünü yaşayan ölkələr - hər bir ölkədə siyasi islahatlar getməlidir. O cümlədən Azərbaycanda. Biz bu siyasətə sadiqik və bügünkü Azərbaycanın inkişafı o cümlədən siyasi islahatlar nəticəsində mümkün olmuşdur. Demokratikləşmə prosesinin dərinləşməsi nəticəsində mümkün olmuşdur və əlbəttə ki, bunun çox güclü iqtisadi bazası olmalıdır. Çünki əks təqdirdə bu siyasətin uğuru olmaz.

Biz iqtisadi bazanı yaratmışıq. Dünyada ikinci belə ölkə yoxdur ki, iqtisadiyyatı dörd il ərzində iki dəfə artsın, sənaye istehsalı iki dəfə artsın, yoxsulluq kəskin şəkildə aşağı düşsün və işsizlik probleminin böyük əksəriyyəti həll olunsun. Biz bütün bunlara öz əməyimizlə, öz siyasətimizlə və Azərbaycan xalqının bizə verdiyi dəstək hesabına nail olmuşuq. Bu gün Azərbaycan iqtisadi cəhətdən nəinki özünü təmin edir, dost, qonşu ölkələr üçün də çox güclü və etibarlı tərəfdaşa çevrilir. Biz lazım olan hallarda öz dostlarımıza da yardımımızı əsirgəmirik. Mən hesab edirəm ki, bundan sonra da belə olmalıdır. Çünki biz iqtisadi imkanlarımızdan dostluğun, əməkdaşlığın inkişafı üçün istifadə edirik.

Biz böyük enerji resurslarına malikik. Azərbaycan neft-qazla zəngin olan ölkədir və indi bu resurslar həm Azərbaycan xalqının maraqlarına, həm də geniş mənada Avropa qitəsində bizə dost olan ölkələrin maraqlarına xidmət edir və bu iki tərəf arasında heç bir ziddiyyət yoxdur. Biz onu sübut etmişik. Biz nümayiş etdirmişik ki, enerji resursları dostluğun, əməkdaşlığın inkişafına xidmət göstərməlidir və biz onlardan məhz bu istiqamətdə istifadə edirik. Demək olar ki, bu sahədəki bütün planlarımız həyatda öz əksini tapıbdır.

Bir daha demək istəyirəm ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlamış uğurlu neft strategiyamız bu gün Azərbaycanın iqtisadi və siyasi potensialını böyük dərəcədə müəyyənləşdirir. Sirr deyil ki, dünyada iqtisadi və siyasi maraqlar hər bir ölkə üçün əsas şərtdir. Hər bir ölkə öz maraqlarını təmin etməlidir, öz maraqlarını müdafiə etməlidir. O cümlədən Azərbaycan. Biz bu resurslarımızı işə salmaqla öz maraqlarımızı tam şəkildə təmin edirik və şübhə yoxdur ki, bizimlə daha yaxşı münasibətlər qurmaq istəyən ölkələrin sayı artmaqdadır. Burada həm enerji resurslarının önəmi var, bizim coğrafi mövqeyimizin, uğurlu siyasi və iqtisadi islahatlarımızın, eyni zamanda, bütövlükdə Azərbaycanın artan önəminin rolu vardır. Bu gün Azərbaycanla yaxşı münasibətlər yaratmaq və onları gücləndirmək istəyən ölkələrin sayı artır. Biz bunun şahidiyik və əlavə şərh etməyə ehtiyac yoxdur. Gələcəkdə, əlbəttə ki, Azərbaycanın qarşısında duran vəzifələr çox böyükdür.

Biz böyük uğurları əldə etmişik, ölkəmizdə güclü iqtisadi inkişaf üçün möhkəm bazanı yaratmışıq. Bu gün bizim büdcə xərclərimiz sürətlə artır və son 4-5 il ərzində on dəfədən çox artmışdır. Bütün sosial proqramlar, infrastruktur layihələri, bizim xaricə qoyduğumuz sərmayələr, - onlar da strateji xarakter daşıyır, - bütün bunlar artan iqtisadi imkanlar hesabına mümkündür. Bizim strateji valyuta ehtiyatlarımız artır. Son məlumata görə, Azərbaycanın valyuta ehtiyatları 10 milyard dolları ötübdür. Bu, böyük məbləğdir. Bu, yalnız başlanğıcdır. Biz elə etməliyik ki, Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafını təmin edək. Hazırda aparılan islahatlar və başlanan layihələr bir neçə ildən sonra böyük nəticələrə gətirib çıxaracaqdır.

Qeyri-neft sektorunun inkişafı, sahibkarlığın, kənd təsərrüfatının inkişafı, işsizliyin aradan qaldırılması - bütün bunlar Azərbaycanın reallıqlarıdır. Güclü sosial siyasət, insanların rifah halının yaxşılaşması, təhsilə, mədəniyyətə, səhiyyəyə, informasiya texnologiyalarına göstərilən diqqət və ayrılan vəsait - bütün bunlar insan kapitalına qoyulan sərmayədir.

Biz öz təbii sərvətlərimizdən səmərəli istifadə edərək, onları təhlükəsiz və çoxşaxəli yollarla dünya bazarlarına çıxararaq, insan kapitalına vəsait qoyuruq. Bu gün Azərbaycanı dünya enerji bazarları ilə birləşdirən yeddi kəmər var. Onlardan üçü neft kəməri, dördü isə qaz kəmərləridir. Azərbaycan istənilən istiqamətə öz enerji resurslarını ixrac edə bilər və beləliklə, neft hasil və ixrac edən ölkələrin qarşısında duran əsas vəzifəni - ixracın şaxələndirilməsini biz təmin etdik. Bundan sonra bizim qarşımızda duran vəzifələr daha da qlobal xarakter daşıyır: Azərbaycanın nəinki bu bölgədə, dünyada rolunun möhkəmlənməsi, dünya miqyasında önəmli ölkəyə çevrilməsi, sosial rifahın tam şəkildə təmin olunması, işsizliyin, yoxsulluğun tam şəkildə aradan qaldırılması, bütün regionların inkişaf etdirilməsi, güclü infrastruktur layihələrinin davam etdirilməsi və başa çatdırılması, səhiyyə, təhsil, mədəniyyət sahələrində bütün məsələlərin həlli. Beləliklə, Azərbaycanın bütün sahələrində müsbət nəticələrin əldə olunması vəzifələri qarşıda dayanır. Bildiyiniz kimi, bizim hər bir sahəni əhatə edən proqramlarımız var, düşünülmüş strategiyamız var. Bütün proqramlar konkret xarakter daşıyır. Hər bir proqramın əsasında maddi resurslar var və biz uğurla irəliyə gedirik.

Mən şübhə etmirəm, biz qarşıda duran vəzifəyə - Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsinə nail olacağıq. Bunun üçün imkanlar var: həm xalqımızın istedadı, həm xalqla iqtidar arasında olan birlik, həm də bizim coğrafi vəziyyətimiz, enerji resurslarımız, nəqliyyat imkanlarımız, bölgədə artan rolumuz, nüfuzumuz, qonşu, dost ölkələrlə işgüzar münasibətlərimiz, Azərbaycanın dünya miqyasında artan nüfuzu və rolu. Bax, budur bizim uğurumuzu şərtləndirən amillər. Mən şübhə etmirəm ki, Azərbaycan dövlət müstəqilliyi yolunda daha da böyük nailiyyətlərə çatacaqdır.

Bir daha demək istəyirəm ki, mən bizim qarşımızda heç bir maneə görmürəm, sadəcə, qəbul olunmuş bütün qərarlar vaxtlı-vaxtında icra edilməli və ciddi ictimai nəzarət olmalıdır. Biz siyasi islahatları aparmaqla yanaşı, güclü ictimai nəzarətə də diqqət göstəririk ki, dövlətin, hökumətin bütün addımları xalq tərəfindən izlənilsin, ona güclü təhlil verilsin. Lazım gələrsə, müəyyən islahatlarda düzəlişlər də edilməlidir. Geniş müzakirələr keçirilmədən biz buna nail ola bilmərik. Ona görə Azərbaycanda bütün qəbul edilmiş əsas qərarlar həm ictimaiyyətdə, həm Milli Məclisdə, həm də hökumətdə, ictimai təşkilatlarda geniş müzakirə predmetinə çevrilir. Azərbaycan xalqının və Azərbaycan iqtidarının o istiqamətdəki baxışları, yanaşmaları, mövqeyi üst-üstə düşür.

Bizim qarşımızda yeganə ciddi problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həll olunmamasıdır. Siz mənim mövqeyimi bilirsiniz. Mən bu barədə öz fikirlərimi dəfələrlə bildirmişəm. Bu məsələ yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Məsələnin bu dərəcədə uzanmasının səbəbi də yəqin məhz bundadır ki, Azərbaycan prinsipial mövqeyindən bir addım da geriyə çəkilmir.

 
Baxmayaraq ki, müxtəlif yollarla Azərbaycanı daha da böyük güzəştlərə sövq etmək istəyən tərəflər də var və müəyyən mənada təzyiq mexanizmləri də işə salınır. Bu təzyiq mexanizmlərinin bəzilərində guya ki, Azərbaycanda demokratiyanın inkişafında hansısa problemin mövcudluğu haqqında deyilən sözlər də rol oynayır. Bu və ya digər irad, yaxud təklif nə üçün, nə vaxt və hansı məqsədlə olub - bütün bunları Azərbaycan xalqı yaxşı bilir. Ancaq Azərbaycan dövlətinə, onun rəhbərliyinə, Azərbaycan xalqına hər hansı təzyiqin heç bir mənası yoxdur. Çünki bizim siyasətimiz açıqdır, xalq tərəfindən dəstəklənir, prinsipial, ədalətli siyasətdir.

Mən hesab edirəm ki, növbəti aylarda, yəqin ki, ilin sonuna qədər və 2009-cu ildə biz Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı öz fikirlərimizi artıq daha da böyük mənada bildirəcəyik. Çünki məsələnin uzadılması qəbuledilməzdir. Eyni zamanda, Azərbaycan tərəfindən əlavə güzəştlər də mümkünsüzdür. Bir tərəfdən, bizi sülh danışıqlarına dəvət edirlər və biz xoş niyyət göstərərək, bu danışıqlarda hələ ki, iştirak edirik. Digər tərəfdən, irəliləyişə nail ola bilmirik. Düzdür, müzakirə zamanı müəyyən irəliləyiş var və deyə bilərəm ki, Azərbaycanın mövqeyi bu gün müzakirə olunan məsələlərdə nəzərə alınır. Ancaq nəticə yoxdur.

Sevindirici haldır ki, bizim mövqelərimizin möhkəmlənməsi sayəsində danışıqlar mövzusunda Azərbaycanın ərazi bütövlüyü birinci yer tutur. Yəni danışıqların bütün mahiyyətində Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal olunmuş bütün rayonların azad edilməsi dayanır. Danışıqlar masasında Dağlıq Qarabağın Azərbaycandan nə vaxtsa ayrılma mexanizmləri yoxdur. Bu, reallıqdır və Ermənistan tərəfi bu məsələyə dair öz subyektiv, təhrif edilmiş fikirlərini nə qədər söyləsə də, bunun əhəmiyyəti yoxdur. Çünki danışıqları təkcə biz aparmırıq. Vasitəçilər də bu işin içindədirlər. Dağlıq Qarabağın ayrılması mexanizmi yoxdur. Yəni bu müsbət haldır və imkan verir ki, əgər Ermənistan tərəfi konstruktivlik göstərərsə, biz tezliklə sülh razılaşmasına nail ola bilərik.

Ancaq, əlbəttə, hər şey Ermənistan tərəfinin mövqeyindən asılıdır. Onlar anlamalıdırlar ki, təcavüz siyasəti, etnik təmizləmə siyasəti nəticəsində müvəqqəti olaraq torpaqlarımızın işğal altında saxlanması onlara xeyir gətirmir. Onları bütün layihələrdən təcrid edir, onların inkişafına əngəl törədir. Bu gün reallıq belədir ki, bu bölgənin ən önəmli, ən güclü ölkəsi Azərbaycandır. Bizimlə heç kim rəqabət apara bilməz. Sadəcə olaraq, indi bəzi statistik rəqəmlərə diqqət yetirsək, kifayətdir.

 
Hazırda Azərbaycanın dövlət xərcləri Ermənistanın dövlət xərclərindən təxminən 8 dəfə çoxdur. Bizim hərbi xərclər Ermənistanın bütün dövlət xərclərinə bərabərdir. Biz bu vəzifəni qarşıya qoymuşduq və ona nail olmuşuq. Ona görə Ermənistan tərəfi özü qərar verməlidir: ya o, bundan sonra daha da çətin vəziyyətə düşəcək, təcrid olunmuş vəziyyətə düşəcək, ya da işğalçı siyasətinə son qoyaraq, Azərbaycan torpaqlarından çəkilərək, bölgəyə sülhün gətirilməsi üçün konstruktiv siyasət aparacaqdır.

Hər halda, Ermənistanda baş vermiş son hadisələr bir daha onu göstərir ki, orada yaşayan insanlar o siyasətə dəstək vermirlər. Çünki özünü təcrid etmiş, Azərbaycana, azərbaycanlılara düşmənçilik mövqeyi ilə yaşayan rəhbərlik xalq tərəfindən dəstəklənmir. Ermənistandakı qanlı hadisələr bunun əyani sübutudur.

Bir sözlə, bir daha demək istəyirəm ki, Azərbaycan öz prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəkdir. Biz həm diplomatik, həm siyasi, həm də iqtisadi gücümüzü artıracağıq. Uğurlarımız hər yerdə var. Bu yaxınlarda BMT-nin Baş Məclisində keçirilən səsvermə bir daha bizim gücümüzü göstərdi. Bizi dəstəkləyən bütün ölkələr bir daha öz prinsipiallığını göstərmişlər. Bu, böyük siyasi və diplomatik qələbədir. Belə qələbələr hər sahədə var. Biz iqtisadi sahədə, enerji, hərbi quruculuq, ordu quruculuğu sahəsində güclənirik. Bu, reallıqdır. Bizi istəyən, bizimlə dostluq edən ölkələr buna sevinirlər. Bizə düşmənçilik mövqeyində dayanan bir ölkə, əlbəttə ki, bundan nəticə çıxarmalıdır.

Əziz dostlar, mən hər bir Azərbaycan vətəndaşı üçün əziz olan bu gündə bir daha demək istəyirəm ki, bizim üçün, Azərbaycan xalqı üçün müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Azərbaycan xalqı əsrlər böyü müstəqillik həsrətində idi, bu müstəqilliyi yaxınlaşdırmaq istəyirdi. Nəsillər gəlirdi, gedirdi, insanlar doğulurdu, həyatdan gedirdi, ancaq biz başqa ölkələrin tərkibində yaşayırdıq. Bu gün bizim nəsillərimiz və bu salonda olan, bu gün Azərbaycanda yaşayan bütün insanlar xoşbəxtdirlər ki, biz bu müstəqilliyi görürük və müstəqil ölkənin inkişafı üçün, möhkəmlənməsi üçün əməli, praktik işləri görürük.

Birinci Xalq Cümhuriyyəti iki il yaşadı, bu gün müstəqil Azərbaycan dövləti təxminən 17 ildir yaşayır. Bundan sonra da yaşayacaq və əbədi yaşayacaqdır.

Bu gözəl bayram münasibətilə bütün Azərbaycan xalqını bir daha təbrik etmək istəyirəm, hər bir vətəndaşa cansağlığı, ailə səadəti arzulayıram.

Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırıla bilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub