Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

-Beləliklə, birinci rübün yekunları deməyə əsas verir ki, bütövlükdə 2008-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olacaqdır. Əlbəttə, bizi düşündürən əsas məsələlərdən biri, - artıq bu gün bu barədə qeyd olundu, - inflyasiyanın artmasıdır. Onun təbii səbəbləri vardır, bunu hamı bilir. Dünyada gedən bahalaşma, əsasən, neftin qiymətinin artması ilə əlaqələndirilir, eyni zamanda, dolların məzənnəsinin aşağı düşməsi də buna öz təsirini göstərir.

Azərbaycana gəldikdə isə, bununla bərabər, bizim çox sürətli iqtisadi inkişafımız, artan maliyyə imkanlarımız, dövlət xərclərimiz, şübhəsiz ki, qiymətlərin bahalaşmasına öz təsirini göstərir. Makroiqtisadi vəziyyət hər bir iqtisadiyyat üçün, hər bir ölkə üçün başlıca əhəmiyyət daşıyır. Biz çalışmalıyıq ki, makroiqtisadi vəziyyət sabit olaraq qalsın, inflyasiyanın çərçivələri imkan versin ki, ölkə sürətlə inkişaf etsin və əhalinin sosial rifahına təsiri olmasın. Bunun müxtəlif yolları var. İlk növbədə, bu, sosial məsələlərin və sosial proqramların davam etdirilməsidir.

Mən qeyd etmişəm və bir daha demək istəyirəm ki, bu il yenə də minimum əmək haqqı və minimum pensiyanın məbləği artırılacaqdır. Ünvanlı sosial yardım proqramı davam etdiriləcəkdir. Bununla bərabər bahalaşmanı şərtləndirən subyektiv amillər də aradan qaldırılmalıdır. Biz bu barədə dəfələrlə danışmışıq. Süni bahalaşmaya təkan verən qeyri-sağlam rəqabət elementləri tamamilə aradan qaldırılmalıdır. Amma biz onu da görürük ki, həm idxal edilən mallar bahalaşıb, həm də Azərbaycanın daxilində istehsal olunan mallar, xüsusilə ərzaq məhsulları bahalaşıbdır. Burada çox ciddi işlər aparılmalıdır və əminəm ki, kompleks, eyni zamanda, inzibati tədbirlər nəticəsində biz bu sahədə tənzimləmə mexanizmlərini tam şəkildə tətbiq edə biləcəyik.

Eyni zamanda, bütün dünya üçün xas olan inflyasiya bizi öz layihələrimizdən çəkindirməməlidir. Biz dövlət xərclərimizi artıracağıq, ölkə iqtisadiyyatı üçün lazım olan bütün infrastruktur layihələrini davam etdirəcəyik. İnfrastruktur layihələrinin icra olunması özəl sektorun inkişafına öz müsbət töhfəsini verəcəkdir.

Bildiyiniz kimi, dövlət investisiya xərcləri son illər ərzində bir neçə dəfə artmışdır. Bu yaxınlarda büdcəyə olunacaq əlavələr nəticəsində, mən hesab edirəm ki, dövlət investisiya xərcləri daha da artmalıdır. Bizim neft satışından əldə etdiyimiz gəlirlər artır. Əlbəttə, bu gəlirlər çox şəffaf şəkildə Neft Fondunda cəmləşir. Bu, həm bizim maliyyə sabitliyimiz üçün lazımdır, həm də bu vəsaiti gələcək nəsillərə əmanət kimi saxlamalıyıq. Ancaq bununla bərabər, ölkə qarşısında duran təcili, təxirəsalınmaz tədbirlərin görülməsi üçün, əlbəttə ki, bu imkanlardan istifadə etməliyik.

Hesab edirəm ki, əsas istiqamətlər sosial sahəyə aid olmalıdır. Biz, ilk növbədə, sosial müdafiəni gücləndirməliyik və büdcəyə ediləcək əlavələr ən əvvəl sosial məsələlərin həllinə yönəldilməlidir. Digər tərəfdən, infrastruktur layihələrinin icrası üçün əlavə vəsaitlər ayrılmalıdır. Bu yaxınlarda təqdim olunan müxtəlif layihələr, infrastrukturla bağlı olan layihələr bunu tələb edir. Biz bunu etməyə də, gələn ilə saxlaya da bilərik. Amma biz, sadəcə olaraq, vaxt itirəcəyik. Mən hesab edirəm ki, indi dürüstləşmə aparmaqla, büdcəyə əlavə vəsait daxil olmaqla biz vacib olan infrasturuktur layihələrini daha da qısa müddət ərzində icra edə bilərik.

Biz qısa müddət ərzində Azərbaycanda infrastruktur sahəsində çox böyük işlər görmüşük: çəkilən yollar, tikilən elektrik stansiyaları. Elektrik enerjisi sahəsində əvvəllər yaşanan böhranları demək olar ki, tamamilə aradan qaldırmışıq. Baxmayaraq ki, bu qış çox sərt keçibdir və bütün bölgə ölkələrində bu sərt hava şəraiti energetika sahəsinə mənfi təsir göstərmişdir. Biz bilirik ki, bəzi hallarda ölkələr başqa ölkələr qarşısında öz müqavilə öhdəliklərini icra edə bilməmişlər. Bizdən daha çox həcmdə qaz hasil və ixrac edən ölkələr qaz ixracatını dayandırmışdır. Çünki daxili tələbat artmışdır. Ancaq biz nəinki bunu etməmişik, eyni zamanda, daxili tələbatımızı da ödəmişik. Eyni zamanda, xarici öhdəliklərimizi də icra etmişik. Bu, nəyin hesabına mümkün olubdur? Onun hesabına ki, biz qısa müddət ərzində infrastruktur layihələrinə çox böyük vəsait qoymuşuq.

Azərbaycanda bir neçə elektrik stansiyası tikilmişdir. Yardımçı stansiyalar tikilib, elektrik xətləri çəkilib, transformatorlar quraşdırılıb və demək olar ki, energetika sahəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıbdır. Növbəti layihələr icra olunandan sonra Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevriləcəkdir. Biz artıq bunu görürük.

Yeraltı qaz anbarının genişlənməsi bizə əlavə imkanlar yaratdı. İndi Azərbaycanda qaz hasilatı artır. Hələ ki, biz öz ixrac imkanlarımızı tam şəkildə işə salmamışıq. Bunun müxtəlif səbəbləri var, onlar bizdən asılı deyil. İstehlakçı ölkələr öz təkliflərini daha da aydın şəkildə verməli, öz istədiklərini ifadə etməlidirlər. Amma biz gərək əlavə qazdan istifadə edək. İlk növbədə, qazlaşdırma prosesi gedir və gedəcəkdir. Digər tərəfdən, qaz anbarının genişlənməsi imkan verir ki, orada daha da çox qaz saxlansın.

Bu məsələlər bir-biri ilə bağlıdır. Bir də demək istəyirəm ki, biz vaxt itirməməliyik. Ona görə 2008-ci ilin büdcəsinə əlavələr sosial məsələlərin həlli ilə bərabər, infrastruktur layihələrinə də yönəldilməlidir. Yəqin ki, ən böyük hissə məhz o sahəyə yönəldiləcəkdir.

Bununla bərabər, mən hesab edirəm ki, biz müdafiə potensialımızı daha da gücləndirməliyik. Düzdür, bu sahədə son illər ərzində böyük uğurlara nail ola bilmişik. Son dörd-beş il ərzində bizim hərbi və müdafiə xərclərimiz 150 milyon dollardan 1 milyard 300 milyon dollara qalxmışdır. Əlbəttə ki, bu, ümumi büdcə artımının təzahürüdür.

Bəzi hallarda vəziyyətlə yaxından tanış olmayan, yaxud da qərəzli mövqedə dayanan beynəlxalq qurumlar buna görə bizi tənqid etməyə çalışırlar ki, Azərbaycanda silahlanma prosesi gedir və hərbi xərclər artır. Onlar bilməlidirlər ki, Azərbaycanın dövlət büdcəsi son dörd il ərzində 10 dəfə artıbdır. Əlavə artımlar nəticəsində daha da çox artacaqdır və hərbi xərclərin çoxalması ümumi kontekstdən çıxarılmamalıdır. Nəzərə alaq ki, biz müharibə şəraitindəyik. Ona görə, baxmayaraq, 1 milyard 300 milyon dollar çox böyük məbləğdir, mən hesab edirəm və əminəm ki, biz bunu daha da artırmalıyıq. İndi hesablamalar gedir. Hesab edirəm ki, builki müdafiə xərcləri 2 milyard dollara yaxın olmalıdır. Biz bu sahəyə diqqətimizi bundan sonra da yönəldəcəyik və Azərbaycanın artıq çox güclü müdafiə potensialı var. Bu, bölgədə ən böyük potensialdır və biz bunu artırmalıyıq. Beləliklə, əsasən, üç istiqamət üzrə artımlar edilməlidir. İnfrastruktur deyəndə, burada, əlbəttə ki, müxtəlif sahələr nəzərdə tutulur - nəqliyyat, energetika, neft-qaz sahəsi, turizm sahəsi, ekologiya layihələri. Yəni müxtəlif infrastruktur layihələri.

Bu gün fövqəladə hallar və müdafiə sənayesi nazirləri gördükləri işlər haqqında məlumat verdilər. Bu iki nazirlik iki il əvvəl yaradıldı və iki il ərzində çox böyük işlər görülmüşdür. Demək olar ki, bizdə artıq müdafiə sənayesi yaranıbdr. Biz bu sahəyə əlavə vəsaitin ayrılması ilə çox güclü müdafiə sənayesi yaradacağıq və o, Azərbaycan ordusunun güclənməsinə öz təkanını verir. Çünki burada qeyd olundu ki, bəzi hallarda hərbi sahədə yeni texnologiyaların əldə olunması problemlərlə üzləşir. Biz elə etməliyik ki, ən qabaqcıl texnologiyaları Azərbaycana gətirək və müdafiə məqsədləri üçün lazım olan texnikanı, sursatları və bütün avadanlığı özümüz istehsal etməliyik.

Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin yaranması və iki il ərzində fəaliyyəti artıq bu sahədə də çox güclü maddi-texniki potensialın yaranmasına gətirib çıxarıbdır. Bu sahə artıq maddi-texniki cəhətdən təmin olunur, əlavə vəsait ayrılır və yeni texnika, yeni avadanlıq alınacaqdır.

Bütövlükdə infrastrukturun və maddi-texniki bazanın möhkəmlənməsi sahəsində son illər ərzində çox böyük işlərimiz olubdur. Bunlar davam etdirilməlidir və əminəm ki, ölkəmizin hərtərəfli inkişafında bunun çox böyük rolu olacaqdır.

Bu gün biz enerji təhlükəsizliyi haqqında danışmışıq və deyə bilərəm ki, Azərbaycan bu sahədə başqa ölkələrdən böyük dərəcədə fərqlənir. Biz enerji təhlüksizliyimizi tam şəkildə təmin etmişik və başqa ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edirik. Bizim enerji layihələrimiz, neft-qaz layihələrimiz yalnız əməkdaşlığın, regional inkişafın dərinləşməsinə yönəldilibdir. Biz neft-qaz amilindən başqa məqsədlər üçün istifadə etmirik. Bundan siyasi dividendlər almaq üçün istifadə etmirik. Həm Avropa ölkələri ilə, həm qonşu ölkələrlə bu sahədə əməkdaşlığımız çox səmimidir, qarşılıqlı maraqlar əsasında qurulubdur. Eyni zamanda, lazım gələndə, Azərbaycan öz kömək əlini uzadır və bu, düzgün siyasətdir. Bir daha demək istəyirəm ki, biz enerji imkanlarımızdan dostluğun, əməkdaşlığın möhkəmlənməsi üçün istifadə edirik. Əlbəttə ki, öz iqtisadi maraqlarımız birinci yerdədir və bu maraqları da lazımi səviyyədə müdafiə edirik və qoruyuruq.

Bununla bərabər, biz bu gün bu barədə danışmadıq, amma bütövlükdə bu, diqqət mərkəzindədir. Xüsusilə indiki şəraitdə, biz ərzaq təhlükəsizliyi məsələlərinə də böyük diqqət göstərməliyik.

Bu məsələ dünyada çox ciddiləşir. Biz bunu görürük, bilirik və bütün hazırlıq işlərimizi görməliyik. Dünyada ərzaq məhsullarının qiyməti kəskin şəkildə artır. Bəzi yerlərdə - Afrikada, Asiyada bu, artıq çox ciddi xarakter alır və aclıq təhlükəsi yaranır. Azərbaycan, - bu, həmişə belə olub, - Sovet İttifaqı zamanında vahid xalq təsərrüfatı kompleksinin olduğu vaxtda da özünü qida məhsulları ilə təmin etmirdi və bunlar kənardan gətirilirdi. Bu gün də deyə bilmərəm ki, biz tam şəkildə özümüzü təmin edirik. Bunun tarixi səbəbləri var və obyektiv səbəblər də mövcuddur. Amma çalışmalıyıq ki, bizim üçün strateji olan ərzaq məhsullarını maksimum dərəcədə Azərbaycanda yetişdirək. Bildiyiniz kimi, bu məqsədlə əməli-praktik işlər görülür. Fermerlərə əlavə vəsait ayrılır və bu vəsaitin hesabına əkin sahələri böyük dərəcədə genişləndirilmişdir, taxıl istehsalı artır. Ancaq hələ ki, bizi tam şəkildə qane edə bilmir. Bu barədə biz dəfələrlə müzakirə aparmışıq və hökumət praktik addımların atılması üçün indi əməli işlər görür. Əminəm, indi nəzərdə tutduğumuz bütün proqramlar imkan verəcək ki, biz ərzaq təhlükəsizliyi baxımından da özümüzü tam şəkildə sığortalayaq.

Yenə də qeyri-neft sektorunun inkişafına, sahibkarlığın inkişafına qayıdıram. Bz indi görürük ki, Azərbaycanda müxtəlif rayonlarda emal müəssisələri yaradılır. Kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan müəssisələr, hazır məhsul istehsal edən müəssisələr yaradılır. Düzdür, bu, hələ bizim bazarı tam təmin edə bilmir. Baxmayaraq ki, bəzi və bir sıra yeni yaradılmış müəssisələr öz məhsullarını artıq ixrac edirlər. Amma biz əgər o proqrama başlamasaydıq, əgər dörd il bundan əvvəl regional inkişaf proqramına başlamasaydıq, əminəm ki, bunların heç biri mümkün olmazdı. Biz proqramın icrası ilə, kreditlərin verilməsi ilə, sahibkarlara dövlət dəstəyi ilə bu sahədə böyük canlanma yarada bilmişik. Amma bütün bu tədbirlərə baxmayaraq, hələ ki, bu, bizi qane edə bilməz. Baxmayaraq ki, hər il biz 100 milyon dollar həcmində güzəştli kreditlər veririk. Yeddi faizlə kreditlər veririk, indi yeddi faizlə kredit götürmək heç bir yerdə mümkün deyildir. Veririk ki, yeni istehsallar yaransın. Ancaq hələ ki, bunu təmin edə bilməmişik. Ona görə növbəti illərdə ərzaq təhlükəsizliyi bizim üçün prioritet əhəmiyyət daşıyır. Biz vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə kənd təsərrüfatında əsaslı islahatlar aparmışıq. Demək olar ki, ən cəsarətli və radikal islahatlar aparmışıq və əslində, kənd təsərrüfatı istehsalı tam şəkildə özəl sektorun sahəsində formalaşıbdır. Bu sahədə həm istehsalda, həm də satışda bütün mexanizmlər bazar iqtisadiyyatı əsasında qurulubdur. Azərbaycanın istehlak bazarı bütövlükdə bazar iqtisadiyyatı prinsipləri ilə işləyir və artıq nə dövlət, nə hökumət bu işlərə müdaxilə etmir. Sadəcə olaraq, dəstək vermək üçün əməli-praktik işlər görür. Amma biz görürük bu, indiki şəraitdə kifayət deyildir. Bazar iqtisadiyyatı prinsipləri ölkələri ərzaq çatışmazlığından qoruya bilmir. Ona görə biz əlavə tədbirlər görməliyik ki, özümüzü qoruyaq, daxildə kənd təsərrüfatı istehsalını artıraq, tam şəkildə əsas ərzaq məhsulları ilə təmin edək. Hələ ki, biz bunu görmürük. Baxmayaraq ki, həm “Aqrolizinq” Səhmdar Cəmiyyəti yaradılıb və böyük həcmdə texnika gətirilir, kreditlər verilir, islahatlar aparılır, ancaq kənd təsərrüfatı istehsalı sahəsində artım bizi qane edə bilməz. Bu sahəyə daha da böyük diqqət göstərilməlidir. Əgər lazım olarsa, əlavə güzəştlər verilməlidir, əlavə vəsait ayrılmalıdır. Həm yanacaq almaq üçün, həm də gübrə ilə təmin etmək üçün. Biz bu barədə danışmışıq - Azərbaycanda gübrə istehsalı zavodları tikilməlidir. Əgər özəl sektor bunu edə bilmirsə və etmək istəmirsə, bəlkə, dövlət tərəfindən hansısa tədbirlər görülməlidir.

Bizim indi maddi imkanlarımız var ki, bu sahəyə diqqət daha da güclü olmalıdır. Dotasiyalar verilməlidir. İndi inkişaf etmiş ölkələrdə kənd təsərrüfatına dotasiya verilir. Biz də bunu edirik - yanacaq almaq üçün ayrılan vəsait, ucuz enerji daşıyıcıları. Azərbaycanda satılan qaz dünya qiymətindən 8-10 dəfə ucuzdur. Dizel yanacağı, benzin böyük dərəcədə ucuzdur. Elektrik enerjisinin qiyməti dünya qiymətindən bir neçə dəfə ucuzdur. Bütün bunlar dotasiyalardır. Bütün bunların qiymətlərini biz ona görə aşağı səviyyədə saxlayırıq ki, həm ölkə əhalisi, həm də sənaye və kənd təsərrüfatı bundan bəhrələnsin. Biz 17 ildir ki, bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Amma bazar iqtisadiyyatının bütün prinsiplərini Azərbaycanda tətbiq etməmişik və düz də etmişik. Onları biz etsək, Azərbaycanda çox ciddi və xoşagəlməz proseslər başlaya bilərdi. Ümumiyyətlə, bunun ölkə iqtisadiyyatına, sənayenin inkişafına çox mənfi təsiri ola bilər. Ona görə biz ölkəmizin hərtərəfli inkişafını təmin etmək üçün güzəştlər edirik. Xüsusilə enerji daşıyıcılarının qiymətini tənzimləyirik və bundan sonra da tənzimləyəcəyik. Bir sözlə, ərzaq təhlükəsizliyi məsələlərinə diqqət daha da böyük olmalıdır və konkret tədbirlər planı hazırlanmalıdır.

        Yenə qayıdıram enerji sahəsinə, mən giriş çıxışımda qeyd etdim ki, biz bu sahədə də müxtəlif proqramlar hazırlayıb icra etməliyik. Bu barədə artıq danışılıbdır. Azərbaycanda böyük neft kimyası kompleksinin tikintisinə ehtiyac var. Eyni zamanda, neft-qaz sahəsində yeni layihələrin həyata keçirilməsinə böyük ehtiyac var. Biz bu sahəni tam şəkildə yeniləşdirməli, müasirləşdirməliyik ki, bundan sonra uzun illər, onilliklər ərzində Azərbaycanın iqtisadiyyatına dəstək olsun.

        Qazlaşdırma prosesi daha da sürətlə getməlidir. Biz, demək olar, ölkədə 80 faiz qazlaşdırmanı təmin edə bilmişik. Amma bunu artırmalı, 90 faizə qaldırmalıyıq. Maksimum dərəcədə qazlaşdırma prosesi getməlidir. Çünki bu, həm sosial məsələdir, həm də iqtisadi məsələdir. Bu yaxınlarda Beyləqan rayonuna təbii qazın verilməsi bərpa olunacaqdır. Uzun illər Beyləqan rayonu qazdan məhrum idi. İndi biz əvvəllər qazlaşdırılmayan bütün rayonlara qaz xətləri çəkirik və demək olar ki, son rayonlardan biri də Beyləqandır. Ondan sonra Füzuli rayonuna və Ağdam rayonuna qaz çəkilişi təmin olunmalıdır.

        Qeyri-neft sektorunun inkişafı üçün birinci rübdə çox mühüm hadisələr olmuşdur. İki böyük sənaye müəssisəsinin - Gəncədə alüminium və polad komplekslərinin təməli qoyulubdur. Bir milyard dollar həcmində investisiya qoyulacaq və özəl sektor tərəfindən icra olunacaq bu layihələrin başa çatması ilə Azərbaycanda yeni sənaye sahələri yaradılacaqdır. Biz bütövlükdə iqtisadiyyatın sənayeləşməsinə ciddi fikir veririk. Bu sahədə həm özəl sektor tərəfindən, həm dövlət dəstəyi ilə - Dövlət İnvestisiya Şirkəti tərəfindən nəzərdə tutulan layihələr öz müsbət rolunu oynayacaqdır. Qeyri-neft sektorunun inkişafı üçün gələcəkdə nə lazımdırsa, biz onu edəcəyik. Güzəştli kreditlər davam etdiriləcəkdir. Bu vaxta qədər verilən güzəştli kreditlər artıq bir neçə ildən sonra qaytarılmağa başlayacaq və bunun nəticəsində bizdə, təxminən 300-500 milyon dollar həcmində daimi vəsait olacaqdır. Biz bir neçə ildir ki, güzəştli kreditləri veririk, amma onları hələ ki, geri götürmürük. Çünki onlar 5, yaxud da ki, 7 il müddətinə verilir və bu kreditlərin verilməsi maliyyə məqsədləri daşımır. Biz bunu ona görə vermirik ki, dövlət pul qazansın. Ona görə veririk ki, iş görülsün. Ancaq bir neçə ildən sonra, - indi bunu yəqin ki, hesablayacaqlar, - bu kreditlər tam şəkildə qayıdandan sonra hər il dövlət büdcəsindən əlavə vəsaitin ayrılmasına ehtiyac qalmayacaqdır. Bu böyük məbləğ, 300-500 milyon dollar hər il yeni sənaye sahələrinin yaradılmasına, biznes şəraitinin yaxşılaşmasına kömək göstərəcəkdir.

Bununla bərabər, iqtisadiyyatda və əlbəttə ki, qeyri-neft sektorunda liberallaşma siyasəti davam etdirilməlidir. Biz bizneslə məşğul olmaq üçün şəraiti yaxşılaşdırmalıyıq. Bunu edirik, bu barədə deyilibdir. Həm “bir pəncərə” sistemi tətbiq olunub, həm başqa tədbirlər görülür ki, Azərbaycanda bu sahədə işlər yaxşı getsin. Bəzi hallarda belə fikir var ki, böyük neft-qaz yataqlarımız var, artıq bütün kəmərlər də işə düşüb və biz böyük valyuta axını gözləyirik, ölkəmizə milyardlarla dollar vəsait daxil olacaq və biz rahat yaşaya bilərik. Mən bu fikirləri bölüşmürəm. Əminəm ki, ölkənin uğurlu inkişafı iqtisadiyyatın şaxələndirilməsi ilə bağlıdır. Ölkəmizdə liberal iqtisadiyyatın bütün prinsiplərinin möhkəmlənməsi ilə bağlıdır, siyasi islahatlarla, demokratikləşmə prosesləri ilə bağlıdır. Çünki bunlar olmasa, bizim uğurlarımız yarımçıq olar. Əgər ciddi ictimai nəzarət olmasa, əgər Azərbaycanda ciddi siyasi demokratik təsisatlar yaranmasa, bizim uğurlarımız yarımçıq ola bilər və uzunmüddətli olmayacaqdır. Ona görə biz ölkəmizi hərtərəfli inkişaf etdiririk, müasirləşdiririk. Kiminsə xoşuna gəlmək üçün yox, özümüz üçün. Biz öz dövlətçiliyimizi özümüz yaradırıq. Özümüz müstəqil Azərbaycanımızı gücləndiririk və bu sahədə görülən işlərə və xüsusilə başqa, bizimlə eyni vəziyyətdə olan, 1991-ci ildə müstəqillik qazanmış ölkələrin təcrübəsinə baxaraq, müqayisə edərək görürük ki, biz düz yoldayıq. Azərbaycanda sabitlik var, inkişaf var, sosial məsələlər öz həllini tapır, ölkə dünya miqyasında çox müsbət imicə malikdir. Bizim bütün sahələrdəki layihələrimiz icra olunur və elə etməliyik ki, bu müsbət meyillər güclənsin və davam etdirilsin.

        Növbəti aylarda dövlət investisiya xərcləri nəticəsində bir neçə sahədə çox böyük işlər görüləcəkdir. Yollar tikilir, bütün istiqamətlərdə bu proses çox sürətlə gedir və daha da sürətlə getməlidir. Su xətləri, qaz şəbəkələri, meliorasiya, ekologiya ilə bağlı məsələlər öz həllini tapmalıdır. Bu gün ekologiya və təbii sərvətlər naziri bu sahədə görülən işlər haqqında danışdı. Əlbəttə, böyük problemlər var. Xüsusilə Bakıda, Abşeron yarımadasında biz çox böyük işlər görməliyik - həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də bu çirklənmənin əsas səbəbkarı neft sənayesi tərəfindən. Yəni biz bu vəziyyətdən çıxmalıyıq. Çünki Sovet İttifaqı zamanında, ümumiyyətlə, ekoloji məsələlərə diqqət göstərilmirdi. Ancaq plan var idi, tələbat var idi - nəyin bahasına olursa-olsun, neft-qaz hasil edilməliydi. Ekoloji vəziyyətə isə fikir verilmirdi. Bu, həqiqətdir. Müstəqilliyimizin ilk illərində pulumuz yox idi ki, bu məsələlərə vəsait qoyaq. Xarici təşkilatlar da bu məsələdə çox passiv idilər və beynəlxalq maliyyə qurumlarına dəfələrlə etdiyimiz müraciətlər cavabsız qalmışdı. O vaxt xarici firmalar, yaxud da qurumlar vəsaiti ya gəlir gətirən sahələrə qoyurdular, ya da ki, onu banklardan götürürdülər. Neft-qaz - bu idi onları maraqlandıran. Bu da təbiidir. Ekoloji vəziyyət isə bizim dərdimizdir, bizim problemimizdir. Amma indi ki, maliyyə imkanlarımız var, ilk növbədə, bu sahəyə böyük investisiyalar qoymalıyıq. Bilirsiniz ki, bir müddət bundan əvvəl xüsusi proqram qəbul edilmişdir. Mən hesab edirəm ki, qısa müddət ərzində Abşeron yarımadasında ekoloji vəziyyət sağlamlaşdırılmalıdır. Hüseynqulu Bağırov dedi ki, bəzi reytinq təşkilatları Azərbaycanı, Bakını bu məsələdə ədalətsiz tənqid etməyə çalışırlar. Bu, həqiqətdir, bununla biz başqa sahələrdə də üzləşirik. Reytinq təşkilatları sifarişlərlə işləyirlər. Onlar kimi tərifləmək, kimi tənqid etmək barədə bir, yaxud da ki, bir neçə mərkəzdən sifariş alırlar. Onlar da verilən sifarişlər əsasında da fəaliyyət göstərirlər. Ona görə təəccüblü deyil ki, Azərbaycan bir çox hallarda bu cür “beynəlxalq reytinq tərtib edən” təşkilatlar tərəfindən tənqid olunur. Bu, təzyiq mexanizmidir, bizə təzyiq etmək cəhdləridir. 

Halbuki, artıq hamı başa düşməlidir ki, bu dövr keçibdir. Bizə təzyiq etmək mümkün deyil. İradəmizdən kənarda bizi hansısa məsələyə məcbur etmək, bizi nəyəsə sövq etmək mümkün deyil. Biz müstəqil dövlətik, güclü dövlətik. Azərbaycan dövləti xalqın iradəsinə əsaslanır. Xalqın iradəsi ilə fəaliyyət göstərir və heç kim bizi heç nəyə məcbur edə bilməz. Artıq görürəm ki, bir çoxları bunu başa düşüblər. O qüvvələr ki, başa düşməyiblər, ümid edirəm, onlar da başa düşəcəklər.

Ancaq ekoloji məsələlərlə bağlı biz, əlbəttə ki, böyük proqramlar icra etməliyik. Dövlət Neft Şirkətinə də göstəriş verilib və onlar indi işə başlayıblar və proqram hazırlayırlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və bütün aidiyyəti strukturlara da göstəriş verirəm ki, ekoloji məsələlərə çox böyük diqqətlə yanaşsınlar. Biz indi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə içməli su probleminin həlli ilə də məşğuluq. Bu görülən işlər, təmizləyici qurğuların quraşdırılması nəticəsində təxminən yarım milyon insan keyfiyyətli su ilə təmin olunacaqdır. Bu insanlar kanaldan, arxdan su içirlər, keyfiyyətsiz su içirlər. Ekologiya həm ölkə üçün, həm də insanların sağlamlığı üçün lazımdır.

Mən bir də demək istəyirəm ki, bu məsələyə çox böyük diqqət göstərirəm. Hesab edirəm ki, ərzaq təhlükəsizliyi ilə bərabər, bu, bizim üçün prioritet sahədir və buna diqqət artmalıdır. Ümumiyyətlə, bütün sahələr prioritetdir. Məgər təhsil prioritet deyil, səhiyyə prioritet deyil, müdafiə potensialı prioritet deyil, kənd təsərrüfatı prioritet deyil? Bütün sahələr prioritetdir. Çox sevindirici haldır ki, bütün sahələr üzrə bizim proqramlarımız, icra mexanizmlərimiz, maliyyə resurslarımız var və biz fəaliyyətimizi sistemli şəkildə aparırıq. Azərbaycanın qısamüddətli, uzunmüddətli inkişaf perspektivləri və layihələri əsasında. Qısamüddətli proqramlar da uzunmüddətli proqramların tərkib hissəsidir.

Biz gələn ildən regional inkişaf proqramının ikinci mərhələsinə başlayacağıq. Bu, strateji bir layihədir. Ölkə qarşısında duran bütün problemlərin aradan qaldırılması üçün vasitədir. Sosial məsələlər, iqtisadi islahatlar, siyasi islahatlar və bütün başqa sahələrdə görülən işlər bizi ruhlandırır. Əlbəttə ki, problemlər də var. Mən o fikirdən uzağam ki, bütün qəbul edilmiş proqramlar lazımi səviyyədə icra olunur. Yox, belə deyil. Qüsurlar da var, çatışmayan cəhətlər, yubanmalar da var, bəzi hallarda işlər keyfiyyətsiz görülür və bir müddətdən sonra biz o işləri yenidən görməliyik. Bu var və bu da təbiidir. Biz böyük quruculuq işləri ilə məşğuluq. Ölkəmizi faktik olaraq yenidən yaradırıq. Bu vaxta qədər, sovet dövründə onilliklər ərzində yaradılmış infrastrukturu yeniləşdiririk, əvəzləyirik, yenisini yaradırıq. Görürük ki, o dövrdən qalan sənaye, yaxud da ki, infrastruktur layihələri artıq bizi qane etmir. Biz qısa tarixi dövr ərzində faktik olaraq yeni sənaye, yeni infrastruktur, yeni sosial infrastruktur yaradırıq. Bu, asan məsələ deyil. Ancaq biz bunu uğurla edirik. Bütün çatışmazlıqlara və qüsurlara baxmayaraq, gördüyümüz işlər təqdirəlayiqdir. Ancaq bu, bizi arxayın etməməlidir. Biz əldə edilmiş nəticələrlə kifayətlənməməliyik. Qabağa baxmalıyıq, irəliyə baxmalıyıq, elə etməliyik ki, ölkəmiz inkişaf etsin, insanlarımız daha da yaxşı yaşasınlar. Bax bu, növbəti aylar və illər üçün mənim hökumətə göstərişimdir. Mən əminəm ki, ikinci rüb də, ondan sonrakı rüblər də bizim üçün uğurlu olacaq, qarşıda duran bütün vəzifələr icra ediləcəkdir. Bu işlərdə sizə uğurlar arzulayıram, sağ olun. 

######

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO