RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YUNİSEF-İN İCRAÇI DİREKTORU XANIM ANN VENEMAN İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də İstanbulun Çırağan sarayında YUNİSEF-in icraçı direktoru xanım Ann Veneman ilə görüşmüşdür.
Görüşdə ölkəmizdə həyata keçirilən iqtisadi və sosial inkişaf proqramları diqqət mərkəzində oldu.
Xanım Ann Veneman Azərbaycanda ailə və uşaq problemlərinin həllinə göstərilən diqqəti, təhsil və idman, habelə yoxsulluğun azaldılması, məşğulluq probleminin həlli sahəsində görülən işləri qiymətləndirdi.
Prezident İlham Əliyev xanım Ann Venemanı ölkəmizə səfərə dəvət etdi.
Dəvət məmnunluqla qəbul olundu.