SİYASƏT
ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək
![ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək](/files/2024/2/1200x630/17194110941833419985_1200x630.jpg)
Vaşinqton, 26 iyun, AZƏRTAC
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək.
AZƏRTAC ABŞ Dövlət Departamentinə istinadla xəbər verir ki, səfər iyunun 27-si başlayacaq. Səfər zamanı C.O`Braynın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycanın yüksəkvəzifəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Məlumatda bildirilir ki, görüşlər zamanı ABŞ-Azərbaycan ikitərəfli əlaqələrindəki irəliləyiş və Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekunlaşması istiqamətində ABŞ-ın dəstəyi müzakirə olunacaq.
Səfər zamanı Dövlət Departamenti rəsmisinin vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcəyi qeyd olunub.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton