RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN HƏRBİ QULLUQÇULARININ VƏ MÜLKİ İŞÇİLƏRİNİN AYLIQ VƏZİFƏ MAAŞLARININ ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbiqulluqçularının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşları 2004-cü il avqustun 1-dən 1,5 dəfə artırılsın.
2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci bəndi ilə bağlı maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşlarını təsdiq etsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Baki şəhəri, 30 iyul 2004-cü il.