Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN GƏMİLƏRİNDƏ VƏZİFƏLİ ŞƏXSLƏRİN BAYRAQLARI

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin gəmilərində Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Nazirliyin gəmilərinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri əlavə olunan bayrağıdır.

Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri Nazirliyin gəmilərinin bayrağının yuxarı sağ küncündə yerləşdirilir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin gəmilərində Azərbaycan Respublikası fövqəladə hallar nazirinin bayrağı, gəmilərinin Nazirliyin embleminin təsviri əlavə olunan bayrağıdır.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin embleminin təsviri Nazirliyin gəmilərinin bayrağının yuxarı sağ küncündə yerləşdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin