Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmişdir 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı

1. Giriş
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu istiqamətində uğurlu addımlar atılmışdır. Beynəlxalq təşkilatlar və qurumlarla əməkdaşlıq inkişaf etməyə başlamış, qabaqcıl dünya ölkələri ilə ayrı-ayrı sahələrdə inteqrasiya prosesləri geniş vüsət almışdır. Ölkənin daxili və xarici siyasətini təmin edən təsisatların fəaliyyəti, müxtəlif sahələrdə yeni iş yerlərinin açılması, regionların inkişaf səviyyəsindəki fərqlərin aradan qaldırılması və iqtisadiyyatın yeni infrastrukturunun formalaşdırılması məqsədi ilə hökumət tərəfindən həyata keçirilən tədbirlər respublikamızda bir sıra ixtisaslar üzrə kadr çatışmazlığı probleminin həllini zəruri etmişdir.
Qloballaşma proseslərinin fəal iştirakçısı olan Azərbaycan Respublikasında iqtisadiyyatın dünya iqtisadi sisteminin tərkib hissəsinə çevrilməsi öz növbəsində yeni tipli iqtisadçı kadrlar hazırlanmasına tələbat yaratmışdır. Biliklərə əsaslanan iqtisadiyyata transformasiya yolunda aparılan işlər informasiya cəmiyyətinin tələblərinə uyğun yüksək hazırlığa malik mütəxəssislərə ehtiyacı artırmışdır. İnformasiya cəmiyyəti üzrə ümumdünya sammitində ölkənin “qara qızıl”ının insan potensialının gücləndirilməsinə yönəldilməsi ilə bağlı Azərbaycanın qaldırdığı problem informasiya texnologiyaları və innovasiya sektorunda kadr hazırlığı işinin təkmilləşdirilməsini vacib etmişdir.
Azərbaycanda elm və təhsilin maddi-texniki bazası və kadr potensialı əsasən XX əsr ərzində formalaşmışdır. 1970-1980-ci illərdə SSRİ-nin müxtəlif ali məktəblərinə gənclərin kütləvi şəkildə göndərilməsi yüksək ixtisaslı mütəxəssislərlə təminat baxımından respublikanın qabaqcıl mövqelərə çıxmasına imkan vermişdir. Bununla belə 1990-cı illərdən sonra müəyyən obyektiv və subyektiv amillər nəticəsində bir sıra sahələrdə çalışanların dünyada baş verən müasir proseslərlə ayaqlaşa bilməməsi reallığa çevrilmişdir.
Təəssüf ki, fundamental elmlərin kadr təminatı problemləri ilə yanaşı, Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinin zəngin irsinə dair araşdırmaların azərbaycançılıq məfkurəsi çərçivəsində aparılması üçün mövcud kadr potensialı kifayət qədər deyildir. Dünyanın müxtəlif kitabxanalarında, arxivlərində və əlyazma fondlarında saxlanılan milli-mədəni sərvətlərimizin üzə çıxarılaraq tədqiq olunması aktuallıq kəsb etsə də, müvafiq hazırlığa malik kadrların çatışmazlığı hiss olunur. Bu gün Azərbaycanın ali təhsil müəssisələrinin imkanlarının məhdudluğu elm və təhsilimizin əsaslı problemlərinin həlli işinin tam həcmdə həyata keçirilməsini çətinləşdirir.
Son vaxtlar Azərbaycanın iqtisadiyyatı kimi Azərbaycan elmi, təhsili və mədəniyyəti də geniş inteqrasiya proseslərinə cəlb olunmuşdur. Elm və təhsil sahələrində alim, müəllim və tələbələrin mübadiləsi geniş vüsət almışdır. Bu proseslərin dövlət sazişləri çərçivəsində yalnız bir qismi tənzimlənir. Lakin müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır. Mövcud intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarına yiyələnən və beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir.
Respublikanın inkişaf perspektivləri ictimai-iqtisadi və elmi-mədəni sahələrdə fəaliyyət göstərəcək kadrlar qarşısında ölkə daxilində və xaricində müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemlərində, eləcə də özəl sektorda çalışaraq Azərbaycanda idarəetmənin və mədəniyyətin, elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini qoyur.
Bütün bunlar Azərbaycanda dövlət qurumlarının işinin təkmilləşdirilməsi, iqtisadiyyatın yeni yüksək səviyyəyə qaldırılması, ölkənin elm və təhsil potensialının zənginləşdirilməsi naminə dünyanın qabaqcıl mötəbər təhsil ocaqlarında mütəxəssis hazırlanması zərurətini meydana gətirmişdir.
Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı imzalanmışdır. Həmin Sərəncama uyğun olaraq hazırlanmış “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda (bundan sonra - Dövlət Proqramı) istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulur.
2. Xaricdə təhsilalmanın cari vəziyyətinin təhlili
XX əsrin 70-80-ci illərində minlərlə Azərbaycan gənci respublikadan kənarda yerləşən nüfuzlu ali məktəblərdə müxtəlif ixtisaslar üzrə təhsil alaraq ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə öz layiqli töhfələrini vermişlər. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra azərbaycanlı gənclərin dünyanın müxtəlif ali məktəblərinə göndərilməsi siyasəti yenidən formalaşmağa başlanmış, müxtəlif ölkələrlə əməkdaşlıq müqavilələri çərçivəsində ayrılmış təqaüd yerləri hesabına gənclərimizin müvafiq ölkələrdə ali təhsil almağa göndərilməsinə təkan verilmişdir.
Hazırda dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrindəki 1000-ə yaxın azərbaycanlı tələbədən təqribən 700 nəfəri Türkiyə Respublikasında, 180 şəxs Rusiya Federasiyasında, 50-yə yaxın şəxs Misir Ərəb Respublikasında, 20-yə yaxın şəxs Çin Xalq Respublikasında, qalanları isə hər ölkədə bir neçə nəfər olmaqla Çexiya, Slovakiya, Rumıniya və Malayziyada təhsil alırlar. Bu tələbələrin yarıdan çoxu magistratura, aspirantura, kliniki ordinatura, doktorantura və digər diplomdansonrakı proqramlar üzrə təhsil alanlardır.
Azərbaycan gəncləri həmçinin respublikada fəaliyyət göstərən müxtəlif təhsil mübadilə proqramları çərçivəsində ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və başqa ölkələrdə də təhsil alırlar. Xaricdə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının əsas hissəsini isə öz vəsaitləri hesabına təhsil alanlar təşkil edir. Hazırda hansı yolla təhsil almasından asılı olmayaraq müxtəlif proqramlar üzrə xaricdə təhsillərini bitirib Azərbaycana qayıtmış yüzlərlə məzun müxtəlif sahələrdə çalışaraq ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə öz layiqli töhfələrini verməkdədirlər.
Göründüyü kimi, tələbələrin böyük əksəriyyəti əsasən Türkiyə Respublikasında və Rusiya Federasiyasında təhsil alır. Qərb ölkələrində təhsil alanların xüsusi çəkisi isə bir neçə faiz təşkil edir. Xaricdəki ən yaxşı təhsil ocaqlarında təhsil ala bilməyən əksəriyyətin yiyələndiyi ixtisas da bir sıra hallarda müasir qlobal və ölkədaxili inkişaf prosesləri ilə uyğunlaşmır. Həmçinin ikitərəfli tələbə mübadiləsi üzrə təklif olunan universitet səviyyəsi və ixtisaslar Azərbaycanın tələblərinə tam şəkildə cavab vermir. Təhsillərini başa vurmuş tələbələrin ölkəyə gələrək öz ixtisasları üzrə iş tapa bilməmələri, başqa dövlətlərdə qalaraq işləmələri və ya yiyələndikləri ixtisaslar üzrə deyil, tamamilə başqa ixtisaslar üzrə çalışmaları kimi hallar da mövcuddur.
Ölkəmizin gələcək inkişaf strategiyası baxımından təhsil sisteminin müasir tələblərə cavab verən kadr bazasının gücləndirilməsi, modern idarəetmə və istehsal texnologiyaları əsasında fəaliyyət göstərən sahələrin kadr ehtiyacının ödənilməsi, qeyri-neft sektorunun inkişafının gələcəkdə sürətləndirilməsinin təmin olunması Azərbaycan vətəndaşlarının dünyanın qabaqcıl ali təhsil ocaqlarında təhsil almaları prosesinin daha sistemli və səmərəli aparılmasının təmin edilməsi ilə bağlı xüsusi proqramın həyata keçirilməsi zərurətini meydana çıxartmışdır.
3. Dövlət Proqramının məqsəd və vəzifələri
Dövlət Proqramının əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarətdir.
Həmin məqsədlərin reallaşdırılması üçün Dövlət Proqramı çərçivəsində aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:
3.1. Gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsili prosesinin normativ hüquqi bazasının yaradılması
Gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması və məzun olduqdan sonra Azərbaycan Respublikasında işlə təmin olunması prosesinin tənzimlənməsi və bu sahədə vahid sistemin yaradılması məqsədi ilə normativ hüquqi baza təkmilləşdirilir.
Gənclərin xarici ölkə ali məktəblərində təhsil almalarının təşkili prosesi dövlət, ictimai və özəl təşkilatların qarşılıqlı əlaqələri - sosial tərəfdaşlıq prinsipi üzərində qurulur. Gənclərin xarici ölkələrin ali məktəblərində təhsil almalarının maliyyələşdirilməsi mexanizmləri və təhsil alacaq gənclərin seçim meyarları şəffaflıq prinsipi əsasında müəyyənləşdirilir. Bu məqsədlə xaricdə təhsilalma prosesi ilə bağlı ildə bir dəfə müvafiq dövlət orqanları və ölkə ictimaiyyəti qarşısında geniş hesabat verilir.
3.2. Gənclərin xarici ölkələrin ali məktəblərində təhsili prosesinin maliyyələşdirilməsi mexanizmlərinin yaradılması
Gənclərin xaricdə təhsil almaları ilə bağlı təhsil haqlarının və tələbələrin sosial, mədəni-məişət xərclərinin ödənilməsi üzrə qayda və normativlər hazırlanaraq təsdiq edilir, tələb olunan maliyyə vəsaiti və maliyyə mənbələri müəyyənləşdirilir, maliyyə vəsaitlərindən istifadənin səmərəliliyinin qiymətləndirilməsi və monitorinqi aparılır.
Maliyyələşdirmə prosesində tələbələrin bütün xərcləri - viza məsələləri və qəbul edən ölkədə onların qeydiyyata alınması, təhsil haqqı, yaşayış, yemək, tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, gediş-gəliş biletlərinin alınması təmin olunur.
3.3. İxtisas və təhsil proqramları üzrə ölkənin ehtiyaclarının müəyyənləşdirilməsi
Xarici ölkələrə tələbə göndərilməsi məqsədi ilə ixtisaslar seçilərkən ölkə iqtisadiyyatının davamlı inkişaf strategiyası, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin güclənməsi, kadrların idarə edilməsi, informasiya və kommunikasiya texnologiyalarına əsaslanan “bilik iqtisadiyyatı”nın formalaşması, sənaye, aqrar və nəqliyyat sektorları, turizm və mədəniyyət, ticarət və xidmət sahələrinin inkişafı, ətraf mühit və ekologiya siyasətinin təkmilləşdirilməsi, idarəetmə sistemində aparılan islahatların ehtiyaclarının ödənilməsi, sosial-mədəni (səhiyyə, elm, təhsil və s.) sahələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması kimi prioritet istiqamətlər nəzərə alınır.
Ümumi prioritetlər nəzərə alınmaqla ixtisaslar üzrə tələbatın öyrənilməsi üçün tövsiyələr hazırlanır, sahələr və təhsil pillələri üzrə ölkənin ehtiyacları müəyyənləşdirilərək hər tədris ili üçün xaricdə təhsil alacaq gənclərin hazırlanması planı tərtib edilir və Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq edilərək ictimaiyyətə çatdırılır.
3.4. Ölkənin ehtiyaclarına uyğun olaraq, xarici ölkələrin ali məktəblərinin müəyyənləşdirilməsi
Məhdud resurslardan səmərəli istifadə prinsipinə əsasən, tələbə göndəriləcək xarici təhsil qurumları arasında seçim edilməsi zamanı həmin təhsil qurumunun dünya üzrə reytinqi, müəyyənləşdirilmiş prioritet istiqamətlər üzrə tələb edilən təhsilin səviyyəsi, tələbənin təhsil, sosial təminat və digər xərcləri nəzərə alınmaqla ən optimal variantlara üstünlük verilir.
Ölkənin tələbatına uyğun olaraq dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən və müvafiq ixtisas üzrə regionda ali təhsil ocaqlarının reytinq cədvəlində aparıcı yerləri tutan universitetlərlə əlaqə yaradılır, onlarla əməkdaşlıq edilir və müqavilələr bağlanılır. Tələbata uyğun olaraq xarici ölkə ali təhsil müəssisələri üzrə məlumatlar hər il yeniləşdirilir və ictimaiyyətə çatdırılır. Dövlət Proqramının təsir dairəsinin genişləndirilməsi məqsədi ilə məsafədən təhsil alma imkanlarından istifadə, qabaqcıl xarici və Azərbaycan təhsil ocaqları ilə müvafiq elmi-metodoloji təcrübə mübadiləsi (tvinninq) proqramları təşkil oluna bilər.
3.5. Seçim meyarlarının müəyyənləşdirilməsi
Xaricdə təhsil alacaq gənclərin seçim meyarları müvafiq təhsil proqramları üzrə Dövlət Proqramında müəyyən edilən prinsiplər əsasında müəyyənləşdirilir və müvafiq qaydalar hazırlanır.
Xarici ölkələrin ali məktəblərində təhsil alacaq gənclərin seçimində başlıca meyar onların istedadı, bilik və bacarığıdır. Xüsusi istedadlı, lakin xarici dil problemi olan gənclər üçün müvafiq xarici dil təlimləri təşkil edilə bilər.
Yalnız müəyyən olunmuş prioritet sahələr (ixtisaslar) üzrə təsdiq edilmiş siyahıdakı nüfuzlu xarici təhsil ocaqları tərəfindən qəbul olunanlar Dövlət Proqramı çərçivəsində maliyyələşdirilə bilər.
Hər tədris ili üçün Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq üçün seçilmiş gənclərin siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq edilir.
3.6. Xaricdə təhsil alan gənclərin təhsilalma keyfiyyətinin monitorinq və qiymətləndirilməsinin aparılması və müvafiq məlumat bazasının yaradılması
Tələbələrin müvəffəqiyyət dərəcəsinin yoxlanılması məqsədi ilə monitorinq və qiymətləndirmə mexanizmi hazırlanır və tətbiq olunur, tələbə və məzunlar haqqında məlumat bazası yaradılır.
Təhsil nəticələri qənaətbəxş olmayan tələbələrin Dövlət Proqramında iştirakı dayandırılır və onlara gələcəkdə həmin proqramda təkrar iştirak etmək hüququ verilmir.
3.7. Məzunların potensialından səmərəli istifadə edilməsi mexanizminin yaradılması
Dövlət Proqramı çərçivəsində təhsil alan şəxslərlə “məcburi xidmət” prinsipi əsasında təhsillərini başa vurduqdan sonra Azərbaycan Respublikasına qayıdıb ən azı beş il işləmələrini nəzərdə tutan müqavilə imzalanır. Öhdəlik müqaviləsində təhsil alan şəxslərin təhsillərini başa vurduqdan sonra altı ay müddətində ölkəyə qayıtmadıqları təqdirdə təhsilə görə ödənilmiş xərclərinin tam şəkildə geri ödənilməsi məsuliyyəti nəzərdə tutulur.
Məzunların işlə təmin edilməsi məqsədi ilə işəgötürənlərlə səmərəli əlaqələr yaradılır və bu sahədə aparıcı ölkələrin təcrübəsi öyrənilərək təkmil sistem qurulur.
4. Dövlət Proqramının əsas hədəfləri
Xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin təhsilin bütün pillələri üzrə illik sayının 2015-ci ildə 1000 nəfərə, onların ümumi sayının isə 2007-2015-ci illərdə 5000 nəfərə çatdırılması, ayrılan maliyyə vəsaitləri çərçivəsində bakalavriat, magistratura, rezidentura, doktorantura pillələri, eləcə də ixtisasartırma və yenidənhazırlanma təhsili üzrə bölünməsi, hökumətlərarası müqavilələr və ali təhsil müəssisələri arasında beynəlxalq tələbə mübadiləsi əsasında mütəxəssis hazırlığının respublikanın iqtisadi inkişaf prioritetləri nəzərə alınmaqla təmin edilməsi Dövlət Proqramının əsas hədəfləridir.
5. Dövlət Proqramının maliyyələşdirmə mənbələri
Dövlət Proqramının ölkənin sosial-iqtisadi inkişafında strateji əhəmiyyəti nəzərə alınaraq onun icrasında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitindən, dövlət büdcəsindən ayırmalardan, beynəlxalq təşkilatların (fondların) texniki-maliyyə yardımlarından, kreditlərindən və qrantlarından, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi və fiziki şəxslərin ianələrindən və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlərdən istifadə oluna bilər.
6. Dövlət Proqramının icrasının monitorinqi və qiymətləndirilməsi
Dövlət Proqramının icrası müddətində bütün istiqamətlər üzrə həyata keçirilən tədbirlərin yerinə yetirilmə vəziyyətinin və əldə olunan nəticələrin müvafiq göstəricilər sistemi üzrə monitorinqinin müntəzəm aparılması nəzərdə tutulur ki, bu da hər bir istiqamət üzrə işlərin gedişini izləməyə, lazım gəldikdə zəruri dəqiqləşdirmələr aparmağa və əlavə tədbirlər görməyə imkan verəcəkdir. Dövlət Proqramının icrası ilə bağlı illik hesabatlar ictimaiyyətə çatdırılır.
7. Gözlənilən nəticələr
Dövlət Proqramının icrası aşağıdakı nəticələrin əldə olunmasına imkan yaradacaqdır:
- gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsili prosesinin normativ hüquqi bazasının yaradılması nəticəsində prioritet istiqamətlər üzrə xaricə tələbə göndərilməsi işi təkmilləşəcəkdir;
- xaricdə təhsil almağa göndərilən istedadlı gənclərin seçilməsi mexanizmi təkmilləşəcəkdir;
- Azərbaycan Respublikasında iqtisadi inkişafın və əmək bazarının tələblərinə uyğun ixtisaslar müəyyən ediləcəkdir;
- ortamüddətli perspektivdə ölkənin əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadrlarla təmin olunması probleminin həlli istiqamətində ciddi irəliləyiş əldə olunacaqdır;
- ölkənin elmi və elmi-pedaqoji potensialı güclənəcək, intellektual mülkiyyətinin ixrac potensialı artacaqdır;
- Azərbaycan Respublikasında beynəlxalq standartlar səviyyəsində mütəxəssislərin hazırlanması üçün pedaqoji kadrlar yetişəcəkdir;
- ölkədən kənarda təhsil alan mütəxəssislərin məlumat-informasiya bazası yaradılacaqdır;
- Azərbaycan Respublikasında insan kapitalı inkişaf etdiriləcək ki, bu da öz növbəsində əmək məhsuldarlığının artması vasitəsilə ölkənin rəqabət qabiliyyətinin yüksəlməsinə və davamlı inkişafının təmin olunmasına səbəb olacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb