Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA DƏYİŞİKLİKLƏR EDİLMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1794 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 12, maddə 704; 2002-ci il, № 1, maddə 22; 2004-cü il, № 6, maddə 436, № 7, maddə 534; 2005-ci il, № 10, maddə 910; 2006-cı il, № 7, maddə 588) 5-ci bəndinin səkkizinci abzasında “dövlətlərə” sözü “dövlətlərə və beynəlxalq təşkilatlara” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 932 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrini əks etdirən normativ hüquqi aktlarının yayılması və qüvvəyə minməsi qaydası haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 483; 2005-ci il, № 10, maddə 910) 6-cı bəndinin birinci və ikinci abzaslarında “dövlətlərə” sözü “dövlətlərə və beynəlxalq təşkilatlara” sözləri ilə əvəz edilsin.
3. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 903) 3.1-ci bəndində “21.12-ci maddəsində” sözləri “21.10-cu maddəsində” sözləri ilə, 3.2-ci bəndində “21.11-ci maddəsində” sözləri “21.9-cu maddəsində” sözləri ilə əvəz edilsin.
4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 mart 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin