RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASINDA 2009-CU İL ÜÇÜN EHTİYAC MEYARININ HƏDDİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2009-cu il üçün ehtiyac meyarının həddi 60 manat məbləğində təsdiq edilsin.
II. Bu qanun 2009-cu il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 noyabr 2008-ci il.