AZƏRBAYCAN RESPUBLİKASININ BƏRDƏ RAYONUNUN BƏZİ ƏRAZİ VAHİDLƏRİNİN ADLARININ DƏQİQLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. Azərbaycan Respublikasının Bərdə rayonunun aşağıdakı ərazi vahidlərinin adları dəqiqləşdirilsin:
Mehdixanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Cimcimli kəndi Cicimli kəndi, Hacıalılı kəndi İkinci Hacallı kəndi adlandırılsın.
Mehdili kənd inzibati ərazi dairəsi tərkibindəki Xanagahlı kəndi Xanağalı kəndi adlandırılsın.
Mirzəcəfərli kənd inzibati ərazi dairəsi tərkibindəki Qarahacı kəndi Qarağacı kəndi adlandırılsın.
Şatırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Nəzirli kəndi İkinci Nazırlı kəndi adlandırılsın.
Zümürxaç kənd inzibati ərazi dairəsi tərkibindəki Zümürxaç kəndi Zümürxan kəndi, Zümürxaç kənd inzibati ərazi dairəsi Zümürxan kənd inzibati ərazi dairəsi adlandırılsın.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2007-ci il.