AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 18, maddə 243; 1995-ci il, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 385, № 6, maddə 493; 1998-ci il, № 2, maddələr 70, 72; 2000-ci il, № 12, maddə 835; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 378, № 11, maddə 674; 2002-ci il, № 1, maddə 4, № 8, maddə 463; 2004-cü il, № 7, maddə 505; 2005-ci il, № 3, maddə 152, № 10, maddə 874; 2006-cı il, № 1, maddə 3, № 2, maddə 64, № 3, maddə 219, № 11, maddə 933, № 12, maddələr 1006, 1017, 1029) 6-cı maddəsinin birinci hissəsinin 1-ci bəndində “Apellyasiya Məhkəməsinin sədrinə və sədr müavininə, İqtisad Məhkəməsinin sədrinə və sədr müavininə” sözləri “apellyasiya məhkəmələrinin sədrlərinə” sözləri ilə əvəz edilsin.
II. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 413; 1999-cu il, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001-ci il, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 4, № 12, maddə 706; 2003-cü il, № 6, maddə 278; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005-ci il, №1, maddə 7, № 8, maddə 686; 2006-cı il, № 1, maddə 4, № 12, maddə 1005) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 66-cı maddənin ikinci və altıncı abzaslarında və 83-cü maddənin ikinci abzasında “katibliyinin” sözü “aparatının” sözü ilə əvəz edilsin;
1.2. 66-cı maddənin beşinci abzasında “katibliyi” sözü “aparatı” sözü ilə əvəz edilsin;
1.3. 94-cü maddənin beşinci hissəsində:
1.3.1. ikinci cümlədə “məhkəmə sədrlərinin” sözlərindən sonra “, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavininin və məhkəmə kollegiyaları sədrlərinin” sözləri əlavə edilsin;
1.3.2. üçüncü cümlədə “məhkəmə kollegiyaları sədrlərinin” sözlərindən sonra “(Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini və məhkəmə kollegiyalarının sədrləri istisna olmaqla)” sözləri əlavə edilsin.
III. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 57; 2001-ci il, № 11, maddə 683, № 12, maddə 736) 5-ci maddəsinin ikinci hissəsində “Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin” sözləri “apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin” sözləri ilə əvəz edilsin.
IV. Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 690-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hakimlərin xüsusi geyimi haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 402; 2005-ci il, № 10, maddə 876) 1-ci maddəsində hər iki halda “apellyasiya” sözündən sonra “instansiyası” sözü əlavə edilsin.
V. Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 691-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 403; 2005-ci il, № 10, maddə 876) 1-ci və 4-cü maddələrində “apellyasiya” sözündən sonra “instansiyası” sözü əlavə edilsin.
VI. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 480; 2001-ci il, № 11, maddə 676, № 12, maddə 744; 2004-cü il, № 4, maddə 202, № 9, maddə 667, 2005-ci il, № 2, maddə 62) 7-ci maddəsinin dördüncü hissəsindən “, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri” sözləri çıxarılsın.
VII. “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 6; 2005-ci il, № 6, maddə 475) 6-cı maddəsində “İqtisad” sözü “Ali” sözü ilə əvəz edilsin.
VIII. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 17, № 5, maddə 323; 2002-ci il, № 5, maddə 236; 2003-cü il, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004-cü il, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005-ci il, № 4, maddələr 277, 278; 2006-cı il, № 2, maddə 64; № 12, maddə 1006; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddə 68, Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 319-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1.1. 23.2-ci, 230.1-ci, 364-cü, 368.3-cü, 371.1-ci, 392.2-ci, 399-cu maddələrdə və 368-ci maddənin adında “apellyasiya” sözündən sonra “instansiyası” sözü əlavə edilsin;
1.2. 23.4-cü və 27-ci maddələr çıxarılsın;
1.3. 34-cü maddədə:
1.3.1. birinci cümlədən “, beynəlxalq müqavilələrdən irəli gələn mübahisələr üzrə iqtisad məhkəməsi” sözləri çıxarılsın;
1.3.2. ikinci cümlədə “Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi” sözləri “apellyasiya instansiyası məhkəmələri” sözləri ilə əvəz edilsin;
1.4. 290-cı maddədə “Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə” sözləri “apellyasiya instansiyası məhkəmələrinə” sözləri ilə əvəz edilsin;
1.5. 358-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 358. Apellyasiya qaydasında işə baxan məhkəmələr
358.0. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət verilə bilər:
358.0.1. rayon (şəhər) məhkəmələrinin qətnamələrindən - yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin mülki işlər üzrə kollegiyalarına;
358.0.2. yerli iqtisad məhkəmələrinin qətnamələrindən - yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarına və ya Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyasına;
358.0.3. Naxçıvan Muxtar Respublikası rayon (şəhər) məhkəmələrinin qətnamələrindən - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasına.”;
1.6. 402-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 402. Kassasiya şikayəti vermə hüququ
Apellyasiya məhkəmələrinin mülki işlər üzrə və iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər və iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarının qətnamə və qərardadlarından kassasiya şikayəti verilə bilər.”;
1.7. 404.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“404.1.1. apellyasiya məhkəmələrinin mülki işlər üzrə kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasının qətnamələrindən və qərardadlarından - Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına;”;
1.8. 404.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“404.1.2. apellyasiya məhkəmələrinin iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyasının qətnamələrindən və qərarlarından - Azərbaycan Respublikası Ali Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasına.”.
IX. “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 18; 2001-ci il, № 11, maddə 687, № 12, maddə 731; 2003-cü il, № 1, maddə 23; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133; 2006-cı il, № 11, maddə 928; 2007-ci il, № 1, maddə 4) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci maddənin birinci hissəsində “Azərbaycan Respublikası İqtisad Məhkəməsinin, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin” sözləri “apellyasiya məhkəmələrinin” sözləri ilə, «Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikası iqtisad məhkəməsinin” sözləri “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası məhkəməsinin” sözləri ilə əvəz edilsin;
1.2. 5-ci maddənin dördüncü hissəsində “Azərbaycan Respublikası İqtisad Məhkəməsində” sözləri “Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində” sözləri ilə, “Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri” sözləri “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri” sözləri ilə əvəz edilsin;
1.3. 6-cı maddədə və 11-ci maddənin dördüncü hissəsində “Azərbaycan Respublikası İqtisad Məhkəməsinin” sözləri “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin” sözləri ilə əvəz edilsin.
X. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, (II kitab), maddə 585; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003-cü il, № 6, maddə 276; 2004-cü il, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; № 11, maddə 890; 2005-ci il, № 1, maddə 4, № 4, maddə 278, №6, maddə 462, №8, maddə 686, №10, maddə 874, №12, maddə 1079; 2006-cı il, № 1, maddə 3, № 2, maddə 64; № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007-ci il, № 2, maddələr 65, 68) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1.1. 66.0.5 - 66.0.7-ci maddələr müvafiq olaraq 66.0.6 - 66.0.8-ci maddələr hesab edilsin və məcəlləyə aşağıdakı məzmunda 66.0.5-ci maddə əlavə edilsin:
“66.0.5. Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi;”;
1.2. 66.0.7-ci maddədə “Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi” sözləri “apellyasiya məhkəmələri” sözləri ilə əvəz edilsin;
1.3. 67.4-cü, 68.4-cü, 70.3-cü və 74.1-ci maddələrdə ismin müvafiq hallarında “fəaliyyət dairəsi” sözləri “yurisdiksıya” sözü ilə əvəz edilsin;
1.4. 68.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Naxçıvan Muxtar Respublikasının ərazisində müvafiq hərbi məhkəmə Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirir.”
1.5. 69.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“69.3. Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir.”;
1.6. Məcəlləyə aşağıdakı məzmunda 70-1-ci maddə əlavə edilsin:
“Maddə 70-1. Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası məhkəməsinin aidiyyəti
70-1.1. Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərir.
70-1.2. Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır.
70-1.3. Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir.”;
1.7. 71-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 71. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aidiyyəti
71.1. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə apellyasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir.
71.2. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi aşağıda göstərilən birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından apellyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır:
71.2.1. Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinin;
71.2.2. yurisdiksiyasına aid edilmiş hərbi məhkəmələrin;
71.2.3. Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası məhkəməsinin.”;
1.8. 72-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 72. Apellyasiya məhkəmələrinin aidiyyəti
72.1. Apellyasiya məhkəmələri cinayət işləri və cinayət təqibi ilə bağlı materiallar üzrə apellyasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir.
72.2. Apellyasiya məhkəmələri aşağıda göstərilən məhkəmələrin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından apellyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır:
72.2.1. yurisdiksiyalarına aid edilmiş rayon (şəhər) məhkəmələrinin;
72.2.2. yurisdiksiyalarına aid edilmiş hərbi məhkəmələrin;
72.2.3. yurisdiksiyalarında baş vermiş cinayətlərlə bağlı işlər üzrə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin;
72.2.4. yurisdiksiyalarında baş vermiş cinayətlərlə bağlı işlər üzrə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin.”;
1.9. 73.2-ci və 78.5-ci maddələrdə “cinayət və inzibati xətalara dair işlər” sözləri “cinayət işləri üzrə” sözləri ilə əvəz edilsin;
1.10. 74.7-ci və 74.8-ci maddələr müvafiq olaraq 74.8-ci və 74.9-cu maddələr hesab edilsin və məcəlləyə aşağıdakı məzmunda 74.7-ci maddə əlavə edilsin:
“74.7. Cinayət işlərindən biri Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsinə, digəri isə Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsində baxılır. Cinayət işlərindən biri Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən hərbi məhkəməyə, Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinə, yaxud Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən hərbi məhkəmədə baxılır.”;
1.11. 74.8-ci maddədə “məhkəmələrə (rayon (şəhər) məhkəmələrinə və ya hərbi məhkəmələrə)” sözləri “birinci instansiya məhkəmələrinə” sözləri ilə əvəz edilsin.
1.12. 78.3-cü və 79.1-ci maddələrdə “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə kollegiyasında” sözləri “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsində, Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirdikdə müvafiq hərbi məhkəmədə,” sözləri ilə əvəz edilsin.
1.13. 109.5-ci maddənin ikinci cümləsində “apellyasiya məhkəməsi” sözləri “apellyasiya instansiyası məhkəməsi” sözləri ilə əvəz edilsin;
1.14. 381.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“381.2. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi məhkəmələr:
381.2.1. Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyasına;
381.2.2. Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri istisna olmaqla, rayon (şəhər) məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan - yurisdiksiya üzrə apellyasiya məhkəməsinin cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyasına;
381.2.3. hərbi məhkəmələr tərəfindən çıxarılmış hökm və ya qərarlardan (Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsinin yurisdiksiyası həyata keçirilərkən andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla) - yurisdiksiya üzrə müvafiq apellyasiya məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə kollegiyasına, yaxud Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə kollegiyasına;
381.2.4. andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla, Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərarlardan - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyasına;
381.2.5. andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərarlardan - yurisdiksiya üzrə apellyasiya məhkəməsinin cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyasına;
381.2.6. andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərarlardan - yurisdiksiya üzrə apellyasiya məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə kollegiyasına.”;
1.15. 408.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“408.2. Kassasiya şikayəti və ya kassasiya protesti aşağıdakı qaydada verilir:
408.2.1. andlı iclasçıların iştirakı ilə Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi tərəfindən çıxarılmış hökmlərdən - Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasına;
408.2.2. andlı iclasçıların iştirakı ilə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi tərəfindən çıxarılmış hökmlərdən - Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə kollegiyasına;
408.2.3. andlı iclasçıların iştirakı ilə Ağır cinayətlərə dair Azərbaycan Respublikasının hərbi məhkəməsi və ya Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən hərbi məhkəmə tərəfindən çıxarılmış hökmlərdən - Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasına;
408.2.4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyası tərəfindən çıxarılmış hökm və qərarlardan - Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasına;
408.2.5. apellyasiya məhkəmələrinin cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyaları tərəfindən çıxarılmış hökm və qərarlardan - Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasına;
408.2.6. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə kollegiyası tərəfindən çıxarılmış hökm və qərarlardan - Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasına;
408.2.7. apellyasiya məhkəmələrinin hərbi məhkəmələrin işləri üzrə kollegiyaları tərəfindən çıxarılmış hökm və qərarlardan - Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasına.”;
1.16. 408.3-cü maddədə:
1.16.1. birinci cümlədə “408.2.2, 408.2.5, 408.2.6” rəqəmləri “408.2.4-408.2.7” rəqəmləri ilə əvəz edilsin;
1.16.2. ikinci cümlədə “Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədri” sözləri “apellyasiya məhkəmələrinin sədrləri” sözləri ilə əvəz edilsin;
1.17. 422.1-ci maddədə “Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədrinin” sözləri “apellyasiya məhkəmələrinin sədrlərinin” sözləri ilə əvəz edilsin.
XI. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 274, № 12, (I kitab), maddə 680; 2004-cü il, № 6, maddə 416, № 11, maddə 891; 2005-ci il, № 2, maddə 62, № 4, maddə 278, № 7, maddələr 576, 584, № 12, maddə 1091) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 23.2-ci maddənin ikinci cümləsində “Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə” sözləri “apellyasiya instansiyası məhkəməsinə" sözləri ilə, dördüncü cümlədə “Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin” sözləri “apellyasiya instansiyası məhkəməsinin” sözləri ilə əvəz edilsin;
1.2. 40.6-cı maddənin altıncı cümləsində, 112.3-cü maddənin ikinci və altıncı cümlələrində və 114.1-ci maddədə “Apellyasiya Məhkəməsinə” sözləri “apellyasiya instansiyası məhkəməsinə” sözləri ilə əvəz edilsin.
XII. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 9, № 8, maddə 598, № 9, maddə 668) 54.4-cü və 56.2-ci maddələrində “Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsindən” sözləri “apellyasiya instansiyası məhkəmələrindən» sözləri ilə əvəz edilsin.
XIII. Bu Qanun 2007-ci il iyulun 16-dan qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyun 2007-ci il.