Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, №11, maddə 115; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №7, maddə 486; 2002-ci il, №12, maddə 706; 2003-cü il, №1, maddə 4; 2004-cü il, №2, maddə 57, №4, maddə 202, №7, maddə 507; 2006-cı il, №2, maddə 63, №12, maddə 1005) 8-ci maddəsinin 3-cü hissəsində “Həmkarlar İttifaqları təşkilatlarının” sözləri “həmkarlar ittifaqları birliklərinin” sözləri ilə əvəz edilsin.

II. Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №9, maddə 565; 2000-ci il, №12, maddə 833; 2005-ci il, №10, maddə 876) 5-ci maddəsinin 3-cü hissəsində “həmkarlar ittifaqları təşkilatlarının” sözləri “həmkarlar ittifaqları birliklərinin” sözləri ilə əvəz edilsin.

III. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №4, maddə 213; 2001-ci il, №3, maddə 143, №6, maddə 362, №11, maddələr 672, 679, №12, maddə 731; 2002-ci il, №1, maddə 2, №5, maddə 241, №6, maddə 328; 2003-cü il, №1, maddələr 9, 23; 2004-cü il, №1, maddə 10, №2, maddə 57, №3, maddə 133, №6, maddə 413, №7, maddə 505, №9, maddə 672, №12, maddə 981; 2005-ci il, №3, maddə 151, №4, maddə 278, №7, maddə 560, №10, maddə 874, №11, maddə 1001, №12, maddə 1094; 2006-cı il, №3, maddələr 220, 222, №5, maddə 385, №11, maddə 923, №12, maddələr 1004, 1025, 1030) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 3-cü maddədə:

1.1. 1-ci hissədə “onun” sözündən sonra “və xarici hüquqi şəxsin” sözləri əlavə edilsin;

1.2. 7-ci hissədən “respublika, peşələr, sahələr və ya ərazi üzrə” sözləri çıxarılsın.

2. 25-ci maddədə:

2.1. 1-ci hissədə “həmkarlar ittifaqları təşkilatları” sözlərindən sonra “(birlikləri)” sözü əlavə edilsin;

2.2. 4-cü hissədən “, peşələr, sahələr” sözləri çıxarılsın.

3. 36-cı maddənin 1-ci hissəsinin “a” bəndində “respublika” sözü ümumölkə (ölkə)” sözləri ilə əvəz edilsin.

4. 148-ci maddənin 5-ci hissəsində “respublika” sözü “ümumölkə (ölkə)” sözləri ilə əvəz edilsin.

IV. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, №17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №3, maddə 226, №5, maddə 379; 2001-ci il, №11, maddələr 676, 683; 2004-cü il, №6, maddə 397; 2005-ci il, №1, maddə 5, №8, maddə 684; 2006-cı il, №11, maddə 922) 8-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsindən “Bu Qanunun 6-cı maddəsinin birinci hissəsinin tələblərini pozan,” sözləri çıxarılsın.

V. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №8, maddə 695) 19.2.3-cü maddəsi çıxarılsın.

VI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin