RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli günü münasibətilə İsveçrənin Federal Şurası və xalqı adından ən səmimi təbriklərimi və ən xoş arzularımı Sİzə yetirməkdən böyük sevinc hissi keçirir, ölkənizə tərəqqi və xoşbəxtlik, Zati-alilərinizə səadət diləyirəm.
Kaspar Villiger
İsveçrə Konfederasiyasının Prezidenti