AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Zati-aliləri, Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün həmvətənlərinizə ən xoş arzularımı yetirirəm. Ölkənizə səfərimi və mənə göstərilən hərarətli qəbulu dərin təəssürat və minnətdarlıqla xatırlayıram.
Bütün vətəndaşların öz səylərini daha da gücləndirərək xalqın müxtəlif mədəni və dini tərkib hissələri arasında həmrəyliyi və anlaşmanı daha da möhkəmləndirməsini arzu edirəm.
Zati-aliləri, Sizə və bütün həmvətənlərinizə Allah-Təaladan xeyir-dua diləyirəm.
Roma Papası II İoann Pavel
Vatikan, 27 may 2002-ci il