RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Sizi və bütün Azərbaycan xalqını dövlət suverenliyi günü münasibətilə təbrik edirəm. Artıq 11 ildir ki, Azərbaycan özünün yenidən müstəqil dövlət olduğunu bəyan etmişdir.
Müstəqil və suveren Azərbaycan bu gün terrorizmə qarşı mübarizədə Amerika Birləşmiş Ştatlarının və sivil dünyanın mühüm tərəfdaşıdır və Xəzərin enerji ehtiyatlarının sülh şəraitində uğurla istismarında aparıcı rol oynayır. Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın əməkdaşlığı ölkələrimiz arasında güclü əlaqələr yaratmışdır və biz qarşıdan gələn illər ərzində bu əlaqələrin daha da möhkəmlənməsini və genişlənməsini səbirsizliklə gözləyirik.
Müstəqillik günü münasibətilə Sizə və Azərbaycan xalqına Amerika xalqı adından ən xoş arzularımı çatdırıram.
Səmimiyyətlə,
Corc Buş
Amerika Birləşmiş Ştatlarının Prezidenti