RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının Dövlət müstəqilliyi günü münasibətilə Vyetnam xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm.
Dərindən əminəm ki, Vyetnam ilə Azərbaycan arasındakı dostluq və ənənəvi əməkdaşlıq münasibətləri dönmədən möhkəmlənir və inkişaf edir.
Azərbaycan Respublikasına sülh və tərəqqi diləyirəm.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, yüksək və məsul vəzifənizdə böyük uğurlar arzulayıram.
Çan Dık Lıonq
Vyetnam Sosialist Respublikasının
Prezidenti