Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli Heydər Əlirza oğlu!

Azərbaycan Respublikasının dövlət bayramı - Milli müstəqillik günü münasibətilə Tatarıstan Respublikasının çoxmillətli xalqı adından və şəxsən öz adımdan ən səmimi təbrikləri qəbul etməyinizi rica edirəm.

Qardaş Azərbaycan xalqı bu bayramı qeyd edərkən, dövlət quruculuğunda, sosial-iqtisadi və demokratik dəyişikliklərdə öz uğurları ilə haqlı olaraq fəxr edir. Əsasən, Sizin siyasətiniz sayəsində Azərbaycan ictimai həyatın müxtəlif sahələrində şəksiz nailiyyətlər nümayiş etdirir, respublika Birlik dövlətləri arasında əməkdaşlığın inkişafında mühüm rol oynayır, ölkənin beynəlxalq aləmdə nüfuzu artır.

Çox hörmətli Heydər Əlirza oğlu, səmimi qəlbdən Sizə möhkəm cansağlığı və dövlət başçısı vəzifəsində fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə tərəqqi və yüksəliş arzulayıram.

Bu fürsətdən istifadə edərək, vurğulamaq istəyirəm ki, Tatarıstan Azərbaycanla ticarət-iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirməyə səy göstərir. Əminəm ki, bu əməkdaşlıq qardaş xalqlarımızın firavanlığı naminə müvəffəqiyyətlə inkişaf edərək, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edəcəkdir.

Səmimiyyətlə,

Mintemir Şaymiyev

Tatarıstan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin