AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli Heydər Əlirza oğlu!
“Şöhrət” ordeni ilə təltif olunduğuma görə Sizə çox böyük minnətdarlığımı bildirirəm.
Azərbaycan mənim Vətənimdir və dünyanın idman meydanlarında onu şöhrətləndirməklə həmişə fəxr etmişəm.
Mənim idman sahəsindəki əməyimi belə yüksək qiymətləndirdiyinizə görə Sizə səmimi-qəlbdən minnətdaram.
Sizin ümumən idmana, o cümlədən də voleybola göstərdiyiniz qayğı sayəsində Azərbaycanın voleybolçu qızları istedadlı məşqçi Faiq Əli oğlu Qarayevin rəhbərliyi ilə beynəlxalq aləmdə böyük uğurlara nail olmuşlar və Azərbaycan voleybolunun şanlı ənənələrini davam etdirirlər. Buna görə çox sağ olun!
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uzun ömür arzulayıram.
Azərbaycana və bütün Azərbaycan xalqına isə Sizin rəhbərliyiniz altında firavanlıq və tərəqqi diləyirəm.
Hörmətlə,
İnna Rıskal
“Ariya” idman klubunun prezidenti,
ikiqat Olimpiya çempionu,
dünya çempionu, əməkdar idman ustası.
Kalininqrad şəhəri, 15 oktyabr 2002-ci il.