AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli Prezident,
Xəzər dənizində “Merkuri-2” gəmi-bərəsində baş vermiş qəza nəticəsində çoxlu sayda insan tələfatından böyük kədər duydum.
Həlak olanlara öz adımdan və Türkiyə Respublikası adından Allahdan rəhmət diləyir, onların ailələrinə, dost və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Əhməd Necdət Sezər
Türkiyə Respublikasının Prezidenti
23 oktyabr 2002-ci il