AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli Prezident,
Oktyabrın 22-də Qazaxıstanın Aktau limanından Bakı istiqamətində üzən “Merkuri-2” gəmi-bərəsində baş vermiş qəza nəticəsində insan itkisi ilə əlaqədar kədərləndiyimi bildirir, Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Mən həmin gün öz həyatını faciəli surətdə itirmiş sərnişinlərin və gəmi heyətinin qohumlarına və dostlarına da dərin hüznlə başsağlığı verirəm.
Toni Bleyer
Böyük Britaniyanın Baş naziri
25 oktyabr 2002-ci il