AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Çox hörmətli Heydər Əlirza oğlu,
Xəzər dənizində “Merkuri-2” bərəsinin qəzaya uğraması nəticəsində bu qədər insanın həlak olması barədə xəbərdən qəlbimizi kədər hissi bürüdü.
Sizə və Sizin simanızda bütün qardaş Azərbaycan xalqına həmvətənlərim adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.
Hörmətlə,
Eduard Şevardnadze
Gürcüstanın Prezidenti