Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli cənab Prezident,

Xəzər dənizində baş vermiş faciə - “Merkuri-2” bərəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatının olması barədə xəbəri Ukraynada dərin kədər hissi ilə eşitdik.

Dost Azərbaycana üz vermiş ağır itkinin ağrı-acısını Sizinlə bölüşürük. Əziz Heydər Əlirza oğlu, Ukraynanın xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Dərin hörmətlə,

Leonid Kuçma

Ukraynanın Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin