AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Möhtərəm cənab Prezident,
Xəzər dənizində bərənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin.
İnsanlar heç də həmişə təbiətin şıltaqlıqlarını qabaqcadan görə və onun qarşısını ala bilmirlər.
Belə fəlakətlərin nəticəsində insanların vaxtsız ölümü həmişə təəssüf doğurur. Biz itkinin ağrı-acısını Sizinlə bölüşür və həlak olanların ailələrinin dərdinə şərik çıxırıq.
Hörmətlə,
İqor Makarov
“İTERA” şirkətlər qrupunun
prezidenti