Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Cənab Prezident!

Xəzər dənizində faciəli hadisə nəticəsində çoxlu insan tələfatının olması və böyük maddi ziyan dəyməsi barədə kədərli xəbəri dərin həyəcan hissi ilə qarşıladım.

Bu mürəkkəb vəziyyətdə, cənab Prezident, dərdinizə şərik çıxır və həlak olanların ailələrinə dərin hüznlə başsağlığımı, yaralananlara isə tezliklə sağalmalarını arzuladığımı çatdırmağınızı xahiş edirəm.

İon İliyesku

Rumıniyanın Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin