Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ QARDAŞIM HEYDƏR ƏLİYEVƏ

Ölkənizin Dövlət müstəqilliyi günü münasibətilə fürsətdən istifadə edərək, Səudiyyə Ərəbistanı Məmləkətinin xalqı və hökuməti adından və şəxsən öz adımdan Zati-alilərinizə ən səmimi təbriklərimi, möhkəm cansağlığı və səadət dolu ən xoş qardaşlıq arzularımı, doğma Azərbaycan xalqına daimi tərəqqi diləklərimi yetirmək mənim üçün çox xoşdur. 

Bu əziz gün münasibətilə qardaş ölkələrimiz və xalqlarımız arasındakı mövcud sıx əlaqələri xüsusi qeyd edirəm.

Zati-aliləri! Bir daha ən səmimi salamlarımı və ali ehtiramımı qəbul edin.

Qardaşınız,

İki Müqəddəs məscidin xadimi

Fəhd bin Əbdüləziz Al Səud

Səudiyyə Ərəbistanı Məmləkətinin Məliki

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin