Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ SEÇKİ MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

I. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-ci il, № 6, maddə 274, № 12, I kitab, maddə 680; 2004-cü il, № 6, maddə 416, № 11, maddə 891; 2005-ci il, № 2, maddə 62, № 4, maddə 278, № 7, maddələr 576, 584, № 12, maddə 1091; 2007-ci il, № 7, maddə 712; 2008-ci il, № 6, maddə 457) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 11-1.2-ci maddədə “salınması” sözündən sonra “, seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi” sözləri əlavə edilsin;

2. 88.7-ci maddə üzrə:

2.1. birinci cümlədə “təqdimatla” sözü “hüquq mühafizə orqanlarına və ya” sözləri ilə əvəz edilsin;

2.2. ikinci cümlədə “qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna öz qərarı ilə xəbərdarlıq edir və ya qanunsuz təşviqat fəaliyyətinin qarşısının alınması barədə təqdimatla məhkəməyə müraciət edir” sözləri “təqsirli şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görür” sözləri ilə əvəz edilsin;

3. 113.2.2-ci, 113.2.5-113.2.10-cu, 113.2.12-ci və 113.2.13-cü maddələrdə “və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda” sözləri çıxarılsın;

4. 115.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“115.1.2. seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər;”;

5. 115.1.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 115.1.22-ci və 115.1.23-cü maddələr əlavə edilsin:

“115.1.22. seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmayan dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizədlər;

115.1.23. seçici imzalarının toplanmasında iştirak edən hüquqi şəxslər, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların vəzifəli şəxsləri.”;

6. 116-cı maddə üzrə:

6.1. adında “Seçki komissiyaları tərəfindən cərimələrin” sözləri “Cərimələrin” sözü ilə əvəz edilsin;

6.2. mətnində “cərimə tətbiq” sözləri “cərimənin tətbiqi üçün məhkəməyə müraciət” sözləri ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 dekabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin