Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ VERGİ MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 583; 2001-ci il, №7, maddə 454, №9, maddə 576, №12, maddə 734; 2002-ci il, №5, maddə 249, №12, maddə 707; 2003-cü il, №8, maddə 425, №12, I kitab, maddə 671; 2004-cü il, №1, maddə 1, №11, maddə 887, №12, maddə 980; 2005-ci il, №2, maddə 61, №8, maddə 688, №12, maddə 1081; 2006-cı il, №12, maddələr 1005, 1026; 2007-ci il, №1, maddə 4) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 72.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir.”;

2. 72.6.3-cü maddədə “tərəfindən” sözündən sonra “kağız daşıyıcı vasitəsi ilə verilən” sözləri əlavə edilsin;

3. aşağıdakı məzmunda 72.6.5-ci maddə əlavə edilsin:

“72.6.5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda.”;

4. 72.7-ci maddədə “72.6.4-cü” sözü “72.6.5-ci” sözü ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin