İDMAN
Azərbaycan şahmatçıları komanda dünya çempionatının dördüncü turunda Rusiya komandası ilə qarşılaşacaqlar
Bakı, 29 noyabr (AZƏRTAC). Noyabrın 29-də Antalyada (Türkiyə) şahmat üzrə komanda dünya çempionatının dördüncü turu keçirilir. Bu turda Azərbaycan şahmatçılarının rəqibləri rusiyalılar olacaqlar.
AZƏRTAC xəbər verir ki, şahmatçımız Rauf Məmmədov Vladimir Kramnik ilə, Eltac Səfərli Serqry Karyakin ilə, Nicat Məmmədov Aleksandr Qrişuk ilə, Qədir Hüseynov isə Yan Neponmyaşi ilə qarşılaşacaqdır.
Qeyd edək ki, çempionatın üçüncü turunda Azərbaycan şahmatçıları ukraynalı rəqiblərinə məğlub olmuşlar.
Belə ki, üç turun nəticələrinə görə Ukrayna komandasının aktivində altı xal vardır, Ermənistanın beş, Azərbaycan və Almaniyanın hesabında dörd xal, Rusiya yığmasının aktivində üç xal, ABŞ, Çin, Hollandiya və Türkiyənin iki xalı vardır. Misirin hesabında xal yoxdur.
Dairəvi sistem üzrə keçirilən turnir dekabrın 6-da başa çatacaqdır.