Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan və Türkiyə liderlərinin səyləri ilə türk xalqlarının milli iradəsinin reallaşması üçün tarixi şans – Ekspert

Azərbaycan və Türkiyə liderlərinin səyləri ilə türk xalqlarının milli iradəsinin reallaşması üçün tarixi şans –  Ekspert

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan-Türkiyə dostluq-qardaşlıq münasibətlərini bu münasibətlərdən kənar bir müstəvidə olduğu kimi ifadə edəcək nə bir nümunə, nə də atalar sözü vardır. Nümunə varsa da, yenə Azərbaycan-Türkiyə münasibətlərindədir. Mustafa Kamal Atatürkün və Ulu Öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinə ayna tutan deyimləri də bir millətin iki dövlətinin birliyindən, bütövlüyündən qaynaqlanır.

Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyimi Türkiyə-Azərbaycan qardaşlığının qarşılıqlı sevgi, könül bağı tərəfini ifadə edirsə, Heydər Əliyevin “Bir millət - iki dövlət” kəlamı Azərbaycan-Türkiyə qardaşlığının təməlində vahid milli iradənin dayandığını əks etdirir.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.

O vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri yoxdur və heç zaman da olmayacaq. Çünki bu, sadəcə ortaq dil, tarix və mədəniyyət amilindən qaynaqlanan münasibətlər deyil. Uzaq və yaxın tarix, hətta bu günümüz belə ortaq dilin, mədəniyyətin, qohumluğun gerçək dostluq və qardaşlıq üçün yetərli olmadığını təsdiqləyir. “Bu baxımdan, mənə görə, Azərbaycan-Türkiyə münasibətlərinin bağları, sadəcə, daşıdığımız ortaq dəyərlər deyil, bəlkə də daha çox qarşılıqlı sədaqət və etimad, eləcə də bu yüksək mənəvi keyfiyyətlərin özünü hər iki ölkənin liderinin xarakterində, əməllərində büruzə verməsidir.

Hər iki dövlətin başçısının qarşılıqlı olaraq Azərbaycan və Türkiyə xalqlarının bir-birinə olan sevgisinin ifadəçisi kimi çıxış etmələri, dövlətlərarası münasibətlərdə nadir hallarda rast gəlinən sədaqət nümayiş etdirmələri qürurvericidir, gələcək nəsillər və bütün türk dünyası üçün örnəkdir”, - deyə E.Mirzəbəyli vurğulayıb.

Siyasi ekspertin sözlərinə görə, bir millətin, xalqın vahid dəyərlərə söykənərək toparlanmaq, milli iradəsini ifadə etmək, torpağına, dilinə, mədəniyyətinə sahiblənmək bacarığı nə qədər mühümdürsə, bu milli iradəni ifadə edə biləcək qətiyyətli liderlərinin olması bir o qədər əhəmiyyətlidir. Bu xüsusda, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın eyni və həm də həlledici tarixi əhəmiyyətə malik zaman çərçivəsində dövlətlərimizə rəhbərlik etmələri, dostluq, qardaşlıq münasibətlərinə malik olmaları, milli maraqları hər şeydən üstün tutmaları və qətiyyətlə qorumaq iradəsinə sahib olmaları, qənaətimə görə, Azərbaycan-Türkiyə xalqının - iki dövlətin, bir millətin ən böyük qazancıdır.

Elçin Mirzəbəyli vurğulayıb ki, məhz Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində türk xalqlarının ortaq milli iradəsinin həyata keçirilməsi üçün tarixi bir şans yaranıb. Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə layihələr Türk dövlətləri arasındakı mənəvi və coğrafi bağların möhkəmləndirilməsi üçün, həm enerji və nəqliyyat dəhlizləri, həm də digər istiqamətlərdə, əlverişli və möhkəm əsas formalaşdırıb.

Məhz Azərbaycan-Türkiyə birliyi və bu birlik üzərindən əldə edilən uğurlar türk dünyası üçün də bir əməkdaşlıq modelinə çevrilib. İdeoloji aspektdə və praktiki olaraq atılan addımlarda İsmayıl bəy Qaspıralının “sözdə, fikirdə, işdə birlik” düsturu məhz Türkiyə və Azərbaycan liderlərinin timsalında gerçəkləşib. Tarixin heç bir dönəmində bu qədər möhkəm qardaşlıq nümunəsinin şahid olmamışıq.

“Azərbaycan-Türkiyə qardaşlığını simvolizə edən deyimlər o qədər içdən, o qədər səmimidir ki, onları başqalarına münasibətdə eyni səmimiyyətlə, eyni duyğularla ifadə etmək mümkün deyil. “Qardaş qardaşa borc verməz”, “Qardaş dediyin “yardım edim” deyə soruşmaz, yardıma qaçar”... İndi gerçək insanların söylədiyi, gerçək tarixi faktlardan qaynaqlanan bu gözəl, sevgi dolu, qardaşlığın bütün gözəl tərəflərini əks etdirən bu deyimlərə, sözlərə uyğun gələn bir münasibət tap, görüm necə tapırsan...

Bu deyimlərin tarixi faktlara, səmimi qardaşlıq sevgisinə söykəndiyi özünü 44 günlük Zəfər yürüşümüzdə, Türkiyədə baş verən meşə yanğınlarında və zəlzələdə də nümayiş etdirdi. Bütün dünyanın gözü qarşısında Azərbaycan və Türkiyə həm dövlət, həm də xalq olaraq qardaşlıq dastanı yazdılar”, - deyə Elçin Mirzəbəyli qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlığından söz açarkən, qarşılıqlı münasibətləri müttəfiqliyin ən üst səviyyəsinə daşıyan Şuşa Bəyannaməsindən söz açmamaq mümkün deyil. Şuşa Bəyannaməsi bir millətin iki dövlətinin milli iradəsinin təntənəsi, siyasi, hərbi, mədəni, iqtisadi əhəmiyyət daşıdığı qədər də mənəvi önəm kəsb edən bir sənəddir. Tarixdə mövcud olan türk dövlətləri arasında heç vaxt Şuşa Bəyannaməsi qədər geniş, əhatəli və qarşılıqlı münasibətlərin bütün spektrini özündə əks etdirən sənəd imzalanmamışdır. Həm bu baxımdan, həm qardaş Türkiyənin Azərbaycana açıq və birmənalı dəstəyi, ortaq hədəflərimizin birliyi, maraqlarımızın uzun və bəlkə də yüzillər davam edəcək bir zaman kəsiyi üçün uzlaşdırılması aspektindən Şuşa Bəyannaməsinin tayı-bərabəri yoxdur. Şuşa Bəyannaməsi haqqında söz açarkən, Azərbaycan-Türkiyə münasibətlərini indiki səviyyəyə çatdıran, misli görünməmiş qətiyyət və siyasi iradə nümayiş etdirən liderlərimiz - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri haqqında yenidən söz açmamaq mümkün deyil. Şübhəsiz ki, Azərbaycan-Türkiyə münasibətləri ortaq dil, tarix, mədəniyyət kimi mühüm əsaslara söykənir. Amma dünyada baş verən proseslər sübuta yetirdi ki, strateji münasibətlərin Azərbaycan-Türkiyə səviyyəsinə çatdırılması üçün ortaq dil, mədəniyyət və tarix kimi amillər yetərli deyil. Belə məsələlərdə milli iradəni olduğu kimi, dəqiqliklə, həm tarixi prosesləri düzgün təhlil edərək, həm də perspektivləri doğru dəyərləndirərək ifadə etmək, qarşılıqlı etimadlı münasibətləri inkişaf etdirmək mühüm əhəmiyyət kəsb edir. Bu aspektdən, tarixin indiki mühüm dönəmində İlham Əliyevin Azərbaycana, Rəcəb Tayyib Ərdoğanın isə Türkiyəyə rəhbərlik etmələrini, təkcə bir millətin iki dövləti üçün deyil, bütövlükdə Türk dünyası və region üçün tarixi şans kimi qiymətləndirirəm. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin hər zaman həm çətin, həm də xoş günlərdə birlikdə olacaqlarının, maneələri birlikdə dəf edəcəklərinin, birgə inkişaf yolundan vaz keçməyəcəklərinin mübarək imzalarla təsdiqi, qardaşlığın əhd-peymanı, mərdlik, ərlik, sədaqət andıdır.

“Azərbaycan və Türkiyə bir-birinin yanında deyillər, birdirlər, bütövdürlər. Azərbaycan olan yerdə Türkiyə, Türkiyə olan yerdə Azərbaycan var. Qanımız torpaqda da, bayraqda da birdir!”, - deyən Elçin Mirzəbəyli fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran Prezidentinin qəzaya uğramış helikopterinin yeri müəyyənləşdirilib

Yaponiya və Cənubi Koreya hərbi mübadilələri bərpa etmək niyyətindədir

Gürcüstanda HİV virusuna yoluxanların sayı 10 mini ötüb

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Təhsil fakültəsini ziyarət edib

Stokholmda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbir keçirilib

Makron Yeni Kaledoniya ilə bağlı Müdafiə Şurasının iclasını keçirəcək

Səudiyyə Ərəbistanının 88 yaşlı kralına pnevmoniya diaqnozu qoyulub

Dövlət Komitəsinin əməkdaşları Stokholmda yerləşən “Qarabağ” məktəbini ziyarət ediblər

“Bayraktar AKINCI” İran Prezidentinin helikopterinin qəza enişi etdiyi ehtimal olunan bölgədədir

Parisin hava limanlarının işçiləri tətil edəcəklər

FHN: 40 nəfər xilasedicidən ibarət qrup 2 helikopterlə İranda axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazırdır

İspaniya La Liqası: “Barselona” qalib gəlib, “Real Madrid” xal itirib

Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib

Nigeriya ordusu yaraqlıların əsir götürdüyü 386 nəfəri azad edib

Göyçayda avtomobil motosikletlə toqquşub, xəsarət alan var

Nazir: Azərbaycanlı tələbələrin dünyanın nüfuzlu universitetlərinə qəbul olunması sevindirici haldır

Türkiyə İrana xilasedici qruplar göndərib

Ərdoğan: Türkiyə hadisəni İranın rəsmi orqanları ilə koordinasiyada yaxından izləyir

"Fənərbağça" səfərdə "Qalatasaray"ı məğlub edib

Rus Dram Teatrının səhnəsində yeni premyera olub

Türkiyə XİN İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi ilə bağlı bəyanat yayıb

Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasının ikinci oyununda "Xəzri"yə qalib gəlib

Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib

"Mançester Siti" İngiltərə çempionu olub

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub

Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır

Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

İran Prezidentinin helikopteri sərt eniş edib, ölkənin vitse-prezidenti hadisə baş verən əraziyə gedib

MDU və Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Yevlaxda 40 yaşlı qadın qətlə yetirilib

Premyer Liqa: Autsayder turu qələbə ilə bitirib

Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB VİDEO

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib YENİLƏNİB-2 VİDEO

“Türk Hava Yolları” 2033-cu ilədək olan inkişaf planlarını açıqlayıb

ABŞ Çinin monitorinqi üçün Tokiodakı səfirliyinə xüsusi əməkdaşlar göndərəcək

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub  YENİLƏNİB-3 VİDEO

Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər VİDEO

Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır

İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq

Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb

Çoxşaxəli xarici siyasət kursu Azərbaycanı daha mühüm tərəfdaşa, önəmli aktora çevirib

Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir

Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək

Bakıda yanğına görə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət götürülüb

Ağsu dolaylarında asfalt çöküb VİDEO

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb

Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb

Romada Azərbaycan musiqisindən ibarət konsert olub

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb

Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib

Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək VİDEO

Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB

Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək VİDEO

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib

Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir VİDEO

Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Oğuzda qumbara və sursat aşkarlanıb

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı