İQTİSADİYYAT
Azərbaycanın bu il ən çox xam neft və neft məhsulları ixrac etdiyi ölkələr açıqlanıb
![Azərbaycanın bu il ən çox xam neft və neft məhsulları ixrac etdiyi ölkələr açıqlanıb](/files/2021/2/1200x630/1629535074274596668_1200x630.jpg)
Bakı, 21 avqust, AZƏRTAC
Yanvar-iyul aylarında Azərbaycan ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 8 milyon 317 min ton, dəyəri isə 3 milyard 652,8 milyon ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Yeddi ayda ölkəmizdən İspaniyaya 510,5 milyon dollarlıq 1 milyon 191,7 min ton, Xorvatiyaya 497,3 milyon dollarlıq 1 milyon 70,5 min ton, İsrailə 457,8 milyon dollarlıq 972,6 min ton, Hindistana 346,1 milyon dollarlıq 845,5 min ton, Portuqaliyaya 307,7 milyon dollarlıq 665,6 min ton, Tunisə 274,7 milyon dollarlıq 595,1 min ton, Böyük Britaniyaya 212,9 milyon dollarlıq 444,1 min ton, Ukraynaya 173,2 milyon dollarlıq 480,8 min ton, Kanadaya 140 milyon dollarlıq 278,1 min ton, Türkiyəyə isə 136,9 milyon dollarlıq 328,6 min ton, Tailanda 134,1 milyon dollarlıq 277,1 min ton, Almaniyaya 128,4 milyon dollarlıq 272 min ton, xam neft və xam neft məhsulları ixrac edilib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycandan ümumilikdə 17 milyon 106,8 min ton xam neft və xam neft məhsulları ixrac edilib, ixracın dəyəri 7 milyard 585,8 milyon dollar olub.