İDMAN
Azərbaycanın kişi otüstü xokkeyçilərdən ibarət komandası Avropa çempionatında iştirak etmişdir
Bakı, 13 avqust (AZƏRTAC). Azərbaycanın kişi otüstü xokkeyçilərdən ibarət komandası Avstriyanın paytaxtı Vyanada Avropa çempionatında iştirak etmişdir.
Azərbaycan Otüstü Xokkey Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, kişi xokkeyçilərimiz Avropa çempionatının növbəti mərhələsinə keçə bilməmişlər.
Qrup mərhələsində Şotlandiya (3:0) və Uels (2:1) yığmaları üzərindəki qələbələrdən sonra komandamız Fransa xokkeyçilərinə 2:4 hesabı ilə məğlub olmuşdur.
İlk yarımfinal görüşündə isə xokkeyçilərimiz “B” qrupunun qalibi Rusiya yığması ilə qarşılaşmışlar. Oyun 1:6 hesabı ilə yığmamızın məğlubiyyəti ilə yekunlaşmışdır.
Çempionatda birinci yeri Rusiya, ikinci yeri isə Fransa yığmaları tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:26]
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
- 30.04.2024 [16:48]
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]
Acun Ilıcalı daha bir futbol klubunu satın alır
- 30.04.2024 [13:32]