CƏMİYYƏT
Azərbaycanın mətbuat nümayəndələri Şimali Kiprdə görüşlər keçirmişlər
Ankara, 17 aprel (AZƏRTAC). Azərbaycan mediasının nümayəndələri-Mətbuat Şurasının üzvləri və qəzet redaktorları Şimali Kiprdə görüşlər keçirmişlər.
Şimali Kiprin rəhbəri Dərviş Eroğlu ilə görüşdə Azərbaycan və Şimali Kipr türkləri arasında əlaqələrin daha da genişləndirilməsində mətbuatın mühüm rolu qeyd olunmuşdur.
D.Eroğlu vurğulamışdır ki, gündən-günə inkişaf edən Azərbaycanın paytaxtı Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Kipr türkləri qardaş ölkənin hər bir uğuru ilə qürur duyurlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli səmimi görüş üçün təşəkkürünü bildirmiş, azərbaycanlı jurnalistlərin Şimali Kiprdəki həmkarları ilə sıx əməkdaşlıqda maraqlı olduqlarını demişdir.
Jurnalistlərimiz öz həmkarları ilə də görüşlər keçirmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara