MƏDƏNİYYƏT
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriləcəkdir
Bakı, 27 yanvar (AZƏRTAC). Yanvarın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında filologiya üzrə fəlsəfə doktoru, şairə Fəridə Ləmanın Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi “Təəssüb” poeması əsasında hazırlanmış “Mübarizli Vətən” ədəbi-bədii kompozisiya nümayiş etdiriləcəkdir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, kompozisiyanın quruluşçu rejissoru Xalq Artisti Ağaxan Salmanlıdır.
Tədbir Gənc Tamaşaçılar Teatrı, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” Məclisi və Qadınlar Şurasının birgə layihəsi çərçivəsində reallaşacaqdır.
Gecədə Mübariz İbrahimova həsr olunmuş musiqi parçaları səsləndiriləcəkdir.