Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycanın regionları son 10 ildə: dinamik inkişafın xronikası
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi beynəlxalq əlaqələrini genişləndirir

Gəncə, 29 dekabr Sabir Əliyev, AZƏRTAC 

Əsası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulan Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin istehsal etdiyi texnikalara nəinki ölkə daxilində, onun hüdudlarından kənarda da böyük maraq göstərilir. Qafqazda yeganə avtomobil və kənd təsərrüfatı texnikasının istehsalçısı olan müəssisə son illərdə fəaliyyət dairəsini genişləndirərək yeni-yeni uğurlara imza atır.

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin direktoru Kamran Nəzərovun AZƏRTAC-a eksklüziv müsahibəsində bu uğurlar barədə ətraflı məlumat verilir, müəssisənin fəaliyyətə başladığı gündən indiyədək keçdiyi uğurlu yoldan, həm də qarşıda duran vəzifələrdən söhbət açılır.

-Kamran müəllim, bir vaxtlar Gəncə avtomobil zavodunun işə düşdüyünü söyləyəndə bir çoxları bu məlumata inanmaq istəmir, yenicə müstəqilliyə qovuşan bir ölkədə bunun qeyri-mümkün olduğunu söyləyirdilər. Lakin illər keçdikcə qazanılan uğurlar bunun əksini sübut etdi. Deyə bilərsinizmi, qısa müddətdə bu uğurlara necə nail oldunuz?

-Əvvəlcə onu deyim ki, bünövrəsi 1985-ci ildə qoyulan zavodun inşası 1989-cu ildə başa çatmalı idi. Lakin Sovet İttifaqının süqutu nəticəsində zavodun tikintisi yarımçıq qaldı. Təəssüf ki, bu proses XXI əsrin əvvəllərinədək davam etdi. Lakin bütün çətinliklərə baxmayaraq Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində 2004-cü ilin dekabrında Rusiyanın Naberejniye Çelnı şəhərində yerləşən kiçik tutumlu avtomobillər istehsal edən zavodla bağlanmış müqaviləyə əsasən müəssisəmizdə “OKA” markalı avtomobillərin yığımına başlanıldı. Qısa vaxt ərzində 314 maşın yığılaraq dövlət vəsaiti hesabına Qarabağ müharibəsi əlillərinə və Böyük Vətən müharibəsinin iştirakçılarına verildi.

İlk addımdan ruhlanan kollektivimiz yeni axtarışlara başladı. 2005-ci ildə Rusiyanın “UAZ” zavodu ilə imzalanan razılaşmaya əsasən, burada avtomaşının 10 modelinin yığımına başlanıldı. Nəticədə bir il ərzində müəssisəmizdə 243 ədəd “UAZ” markalı avtomobil yığıldı. Daha sonra Çin Xalq Respublikasının “Çan-Qan” şirkəti ilə imzaladığımız müqavilənin şərtlərinə uyğun olaraq, müəssisədə 7 modeldə orta tonnajlı yük maşınları istehsal edildi. Bütün bu əlaqələr sayəsində zavodun iqtisadi imkanları genişlənməyə başladı və işçilərin peşəkarlığı artdı.

- Dediklərindən belə məlum olur ki, ilk vaxtlar zavod qısamüddətli müqavilələrlə işləyib. Bəs bu müqavilələrin uzunmüddətli olması, müəssisədə istehsalat prosesinin fasiləsiz xarakter alması üçün hansı tədbirlər həyata keçirilir?

-Həqiqətən, hər dəfə müqavilələrin müddəti başa çatanda kollektiv narahatlıq keçirirdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin oktyabrında Belarus Respublikasına səfəri zamanı iki dövlət arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, o cümlədən Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlıq əlaqələrinin yaradılması barədə razılığa gəlindi. Bu razılaşmaya əsasən, Gəncə zavodu ilə həmin müəssisələr arasında uzunmüddətli əməkdaşlığa dair müqavilə bağlandı. Bundan sonra Gəncə avtomobil zavodunda ümumi ərazisi 20 min kvadratmetr olan sexdə yenidənqurma işləri aparıldı və yeni texnoloji yığım xətləri quraşdırıldı. Müəssisəmiz müasir avadanlıqlarla təchiz olundu. Müqaviləyə uyğun olaraq 2007-ci il martın 27-də “MTZ” markalı “Belarus 80.1” , “Belarus 82.1”, “Belarus 1221”, “Belarus 1025”, “Belarus 892” və “Belarus 80X” modeldə traktorların istehsalına başlanıldı. Həmin vaxtdan indiyədək müəssisəmizdə 5451 ədəd traktor yığılıb. Bağlanmış müqaviləyə əsasən, traktorlarla eyni vaxtda “MAZ” və “Belarus” traktorlarının bazasında müxtəlif təyinatlı, o cümlədən asma avadanlıqları, ekskavatorlar, asfaltkəsən, qartəmizləyən texnikaların istehsalı da həyata keçirilib.

- Bu gün əsas tərəfdaşlarınız yalnız Belarus Respublikasının zavodlarıdır?

-Xeyr. Biz digər xarici ölkələrin analoji müəssisələri ilə də əlaqələr qururuq. 2008-ci ildə qardaş Türkiyə Respublikasının “Aqrional” və “Pirtizion” şirkətləri ilə bağlanmış müqavilələrə əsasən, müəssisədə traktor qoşqularının və asma avadanlıqlarının yığımı da həyata keçirilir. Bu günədək zavodda 138 ədəd traktor qoşqusu, 3160 ədəd isə asma avadanlıqları istehsal olunub. Bundan başqa, Almaniyanın “Haller” şirkəti, Gəncə və Minsk avtomobil zavodları arasında bağlanmış üçtərəfli müqaviləyə əsasən, “MAZ” avtomobilinin bazasında kommunal texnikaların istehsalına dair uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalandıqdan sonra müəssisəmizdə əlavə olaraq 6 min kvadratmetr yığım sexi yaradıldı. Qısa vaxt ərzində 90 ədəd 21 kubmetr tutumu olan məişət tullantıları yığan avtomobillər istehsal edildi.

-Bütün bu işlərin görülməsində dövlət dəstəyini hiss edirsinizmi?!

-Əlbəttə. Hətta mən deyərdim ki, bütün uğurlarımızın kökündə dövlətimizin və hökumətimizin gündəlik diqqət və qayğısı dayanır. Bu diqqət və qayğının müsbət nəticələrini bir faktla diqqətinizə çatdırmaq istəyirəm. 2011-ci ilin yanvar ayında Nazirlər Kabineti “Gəncə avtomobil zavodunun Nizamnaməsinin təsdiqi haqqında” qərara əlavə və dəyişikliklər etdi. Bu əlavə və dəyişiklikdən sonra müəssisə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinə çevrildi. Birliyə Gəncə avtomobil zavodu” (baş müəssisə), marketinq və servis müəssisəsi, həmçinin xüsusi konstruktor-texnoloji bürosu daxildir. Bu status İstehsalat Birliyinin fəaliyyət dairəsinin, xüsusilə xarici əlaqələrinin daha da genişlənməsinə şərait yaradıb.

- Müəssisənin fəaliyyət dairəsinin genişlənməsinin işçilərin sosial şəraitinin yaxşılaşmasına hər hansı təsiri olubmu?

-Şübhəsiz. Zavodun 10 illik fəaliyyəti dövründə müəssisənin inkişaf tempi həm iqtisadi göstəricilər, həm də işçilərin sosial təminatı baxımından nəzərəçarpacaq dərəcədə yüksəlib. Əgər müəssisə fəaliyyətə başladığı ildə işçilərin sayı 85 nəfər idisə, 2008-ci ildə bu göstərici 306 nəfər, 2012-ci ildə 471 nəfər təşkil edib. Hazırda isə İstehsalat Birliyinin müəssisələrində çalışanların sayı 500 nəfərdən artıqdır.

Ötən 10 ildə işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Burada 2004-cü ildə orta aylıq əmək haqqı 90 manat idisə, indi bu rəqəm 398 manata çatıb. Bu müddət ərzində müəssisənin uşaq bağçası əsaslı şəkildə təmir edilib. İstehsalat Birliyinin öhdəsində olan qəsəbənin binaları, qəsəbədaxili yollar əsaslı şəkildə təmir olunub. Bir sözlə, müəssisənin iqtisadi imkanları yüksəldikcə, işçilərin sosial vəziyyəti də yüksəlir.

-Kamran müəllim, artıq 2014-cü il başa çatır. Yola salmağa hazırlaşdığımız ilin son günləri kollektivin həyatında hansı əlamətdar hadisələrlə yadda qalıb? Yeni ildə müəssisənizi daha hansı yeniliklər gözləyir?

- Başa çatmaqda olan 2014-cü il müəssisəmizin həyatında bir sıra mühüm hadisələrlə zəngin olub. Bu günlərdə, daha dəqiq desək, dekabrın 22-də Gəncə avtomobil zavodu ilə Rusiyanın “KamAZ” zavodu arasında ikitərəfli müqavilə imzalanıb. Müqaviləyə əsasən, 2015-ci ilin əvvəllərindən etibarən Gəncədə “KamAZ”ın müxtəlif modeldə yüksək keçidli ağır tonnajlı avtomobillərinin yığımına başlanılacaq. Ümumiyyətlə, Yeni ildə bizi bütün sahələrdə yeni-yeni uğurlar gözləyir.

Sabir Əliyev

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO