Azərbaycanın “Xoca” filmi Türkiyədə keçiriləcək Beynəlxalq film festivalında nümayiş etdiriləcəkdir
Bakı, 4 oktyabr (AZƏRTAC). Oktyabrın 6-dan 12-dək 49-cu Beynəlxalq Antalya “Qızıl Portağal” film festivalı keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycanı rejissor Vahid Mustafayevin Xocalı faciəsinin 20 illiyinə həsr etdiyi “Xoca” bədii filmi təmsil edəcəkdir.
Azərbaycan filmi festival çərçivəsində oktyabrın 7-si və 10-da nümayiş etdiriləcəkdir.
“Xoca” bədii filmi əsrlər boyu bu torpaqlarda yaşayan, əzab- əziyyət verilərək öldürülən qadın, uşaq, qoca, silahsız insanlar, ümumiyyətlə, Xocalı soyqırımının bütün qurbanlarının xatirəsinə həsr edilmiş özünəməxsus kinoabidədir. Türkiyədə də ermənilərin azərbaycanlılara qarşı törətdikləri bu soyqırımı aktı haqqında geniş məlumata malikdirlər. Bu il fevralın 26-da faciənin 20 illiyi münasibətilə qardaş ölkədə minlərlə insanın iştirakı ilə izdihamlı yürüş keçirilmişdir. Məhz buna görə də bu film türklərin səbirsizliklə gözlədikləri ekran əsərlərindəndir.
“Xoca” filmi Əliəkbər və Günelin timsalında iki gəncin sevgisinin keçdiyi ağır imtahanı, müharibənin bəşəri hisslərə vurduğu dağıdıcı zərbəni, Bakıda toy və satqınlıq, Xocalıda soyqırımı və şücaətin kəskin kontrastını özündə əks etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [20:02]
“Bir axşamın sehrli səsi” adlı hesabat konserti
- 03.06.2026 [18:25]
Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub
- 03.06.2026 [16:19]
Mədəniyyət naziri Şuşada vətəndaşların müraciətlərini dinləyəcək
- 03.06.2026 [15:21]
Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur
- 03.06.2026 [15:17]
“Soydaşlarımız və Qarabağ” layihəsinin icrasına başlanılıb
- 03.06.2026 [15:15]
Səidə Sübhi: Səməd Vurğun yeni nəsil şairlərin də ilham mənbəyidir
- 03.06.2026 [14:31]