ELM VƏ TƏHSİL
Azərbaycanlı tələbə Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təcrübə keçib
Bakı, 7 avqust, İbrahim Əsədov, AZƏRTAC
Rusiya Federasiyasının Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) elmi-tədris mərkəzində tələbə təcrübəsi keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, həmin tədbirdə AMEA-nın Fizika İnstitutunun magistrantı Sevil Məhərrəmova da iştirak edib. S.Məhərrəmova, eyni zamanda, BNTİ-nin laboratoriyasında “Sirkə milçəyinin paratelomer sarı genindən ionizasiya olunmuş şüalanma nəticəsində mutasiya zədələnmələrinin Polimeraz Zəncir Reaksiyası metodu vasitəsilə analizi” layihəsi üzrə iş aparıb.
Tələbə təcrübəsinin məqsədi BNTİ-yə üzv və ya onunla xüsusi müqavilə əsasında əməkdaşlıq edən dövlətlərin magistr və doktorantlarının qurumun müxtəlif laboratoriyalarında aparılan elmi tədqiqatlara cəlb olunmasından ibarətdir.