İQTİSADİYYAT
“Azərikimya” İstehsalat Birliyində yeni ekoloji layihənin təqdimatı keçirilmişdir
Sumqayıt, 15 mart (AZƏRTAC). ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyində (İB) yeni ekoloji layihənin - “Tullantıların idarə olunması planı”nın təqdimatı keçirilmişdir.
İB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə birliyin idarə və müəssisə rəhbərlərinin, baş mühəndislərin, sex və istehsalat rəislərinin, ekologiya və texnoloji sahələr üzrə aparıcı mütəxəssislər iştirak etmişlər.
Ətraf mühitin qorunması ilə bağlı “Tullantıların idarə olunması planı” layihəsini İB-in ekologiya şöbəsi hazırlamışdır. Təqdimatda kimya müəssisələrində tullantıların idarə olunmasına dair keçirilmiş monitorinqin nəticələri slaydlar və videosüjetlər vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırılmış, qüsur və çatışmazlıqlar haqqında fikir mübadiləsi aparılmış, aşkar olunmuş nöqsanların aradan qaldırılması yolları araşdırılmışdır.