Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Azneft”: Həlak olmuş və itkin düşmüş neftçilərin ailə üzvlərinə yardımlar göstərilib

“Azneft”: Həlak olmuş və itkin düşmüş neftçilərin ailə üzvlərinə yardımlar göstərilib

Bakı, 7 mart, AZƏRTAC

N.Nərimanov adına neft və qazçıxarma idarəsində (NQÇİ) baş vermiş qəza nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin ailə üzvlərinə, yaxınlarına yardımlar göstərilib.

“Azneft” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildirilib ki, ötən ilin dekabrın 15-i tarixində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək nəticəsində N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Qəza nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Hadisə baş verən andan etibarən müvafiq orqanlar axtarış-xilasetmə işlərinə cəlb edilib.

Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış əməliyyatları davam etdirilir.

Eyni zamanda, itkin düşən neftçilərə operativ məlumat vermək məqsədilə N.Nərimanov adına NQÇİ-də qərargah yaradılıb. Qərargah yarandığı andan “Azneft” İstehsalat Birliyinin nümayəndələri və rəhbərliyi tərəfindən itkin düşmüş neftçilərin ailə üzvləri və yaxınları qəbul edilib, baş vermiş qəza zamanı itkin düşənlərin axtarışı ilə əlaqədar görülən tədbirlər haqqında onlara mütəmadi olaraq məlumatlar verilib. İtkin düşmüş neftçilərin ailələri ilə əlaqə saxlanılması məqsədilə telefon nömrələri qərargahda qeydə alınıb. Qərargah üzvləri itkin düşmüş hər bir neftçinin ailəsinə baş çəkib, onlara, aparılan axtarışlar haqqında məlumatlar verilib, sosial məişət şəraitləri və problemləri ilə maraqlanıblar.

Bütün bunlarla yanaşı, qəza nəticəsində itkin düşənlərin ailələrinə SOCAR və müvafiq dövlət qurumları tərəfindən müxtəlif maddi yardımlar göstərilib. Bu yardımlar kateqoriyasına görə, SOCAR tərəfindən iki dəfə olmaqla 9 ailəyə hər dəfə 1000 manat ümumilikdə, 2000 (iki min) AZN maddi yardım verilib. İtkin düşənlərdən ilk tapılan vəfat etmiş neftçi İlham Qafarovun ailəsinə isə, 3000 min manat maddi yardım göstərilib.

Bundan başqa, SOCAR-ın 28 dekabr 2016-cı il tarixli sərəncamına əsasən hər bir ailəyə 5000 AZN maddi yardım göstərilib. Həmçinin Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi tərəfindən hər bir ailəyə 1000 AZN, N.Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 500 AZN məbləğində maddi yardım verilib.

SOCAR-ın 17 yanvar 2017-ci il tarixli sərəncama əsasən, itkin düşmüş neftçilərdən Abasov Ramiz Qulu oğlunun 2 övladı, Əsədov Samir Atabala oğlunun 3 övladı, Zülfüqarov Güloğlan Hacıbala oğlunun 3 övladı, Zülfüqarov Azay Hacıbala oğlunun 2 övladı, ümumilikdə, 10 nəfər uşaq N.Nərimanov adına NQÇİ tərəfindən himayəyə götürülüb.

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 1 saylı NQÇS-nin 3 saylı Neft Yığma Məntəqəsinin işçilərinin banklara olan qalıq borclarının ödəniş gününə hesablanaraq ödənilməsi təmin edilib:

- itkin düşmüş 5-ci dərəcəli əmtəə operatoru Cavid Həyətxan oğlu Bəhrəmovun – “Dəmir Bank” ASC-yə 7000 (yeddi min) manat, “Unibank” Kommersiya Bankına 3063,00 (üç min altmış üç) ABŞ dolları ödənilib.

- itkin düşmüş 5-ci dərəcəli əmtəə operatoru Samir Atabala oğlu Əsədovun – “Unibank” Kommersiya Bankına 258 (iki yüz əlli səkkiz) manat, “Bank of Baku”ya 173,00 (yüz yetmiş üç) manat;

- itkin düşmüş 4-cü dərəcəli əmtəə operatoru Azay Hacıbala oğlu Zülfüqarovun həyat yoldaşı Zülfüqarova Çimnaz Qaraş qızına 12 oktyabr 2016-cı il tarixli 58 saylı müqavilə ilə “Sumqayıt” Mənzil Tikinti Kooperativindən Sumqayıt şəhəri, S.Vurğun küçəsində tikilməkdə olan yaşayış binasından 63,7 kvadratmetr sahəsi olan 2 otaqlı ayrılmış mənzilə görə “Sumqayıt” Mənzil Tikinti Kooperativinə 38.800.00 (otuz səkkiz min səkkiz yüz) manat qalıq dəyərinin ödəniş gününə hesablanaraq ödənilməsi təmin edilib.

Əlavə olaraq, cəsədləri tapılmış itkin düşən neftçilərin dəfn mərasiminin təşkili məsələləri “Azneft” İstehsalat Birliyi tərəfindən həyata keçirilmiş və bir sıra maddi yardımlar göstərilib.

2016-cı il dekabrın 27-də Qafarov İlham Əlhüseyin oğlunun həyat yoldaşı Qafarova Rəsmiyyə N.Nərimanov adına NQÇİ-nin rəisinə ərizə ilə müraciət edib və ona DFGK tərəfindən 31.12.2016-cı il tarixli protokolla birdəfəlik 2100 manat məbləğində yardım göstərilib.

SOCAR-ın 17 yanvar 2017-ci il tarixli sərəncamına əsasən vəfat etmiş Hacıəliyev Həsənağa Hüseynağa oğluna “Neftçi” MTK-dan ayrılmış mənzilə görə, H.Hacıəliyev “Xalq Bank” ASC arasında bağlanmış kredit müqaviləsi üzrə 2017-ci il yanvarın 11-i tarixinə olan 31939.33 manat məbləğində qalıq borcu “Azneft” İB tərəfindən “Xalq Bank” ASC-yə ödənilməsi təmin edilib.

SOCAR 20 fevral 2017-ci il tarixli sərəncamına əsasən, Hacıəliyev Həsənağa Hüseynağa oğluna “Unibank” Kommersiya Bankına 434 manat, ”Bank of Baku”ya 5630 manat, “Bank of Baku” (Bolkart) 1060 manat, “Azərbaycan Beynəlxalq Bank” ASC-nin Qaradağ filialına 9 min 998 manat məbləğində kredit borcları ödənilib.

Bu il fevralın 10-u tarixində Hacıəliyev Həsənağa Hüseynağa oğlunun həyat yoldaşı Hacıəliyeva Zenfira Qırxlar qızı N.Nərimanov adına NQÇİ-nin rəisinə ərizə ilə müraciət edib və ona DFGK tərəfindən 28 fevral 2017-ci il tarixli protokolla birdəfəlik 2 min 320 manat məbləğində yardım olunub.

Cəsədləri tapılan dörd neftçinin hamısının dəfn mərasimlərində “Azneft” İB-nin və N.Nərimanov adına NQÇİ-nin kollektivi iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib