ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin aliminin məqaləsi ABŞ-ın elmi jurnalında
Bakı, 22 noyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin müdiri, kimya mühəndisliyi kafedrasının baş müəllimi Sənan Eminovun “Biokütlədən bioyanacaqların alınması” sərlövhəli məqaləsi ABŞ-ın “PLoS ONE” jurnalında dərc edilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, bu, S.Eminovun “Thomson Reuters” şirkətinin jurnalları siyahısındakı elmi nəşrdə çap olunan sayca üçüncü məqaləsidir. Bu günədək onun beynəlxalq konfransların elmi məqalələr toplusunda altı tezisi də çap olunub.
Qeyd edək ki, “PLoS ONE” jurnalı kimya sahəsində dünyanın ən nüfuzlu nəşrlərindən biridir. Jurnala giriş sərbəstdir (open access) və məqalələri ödənişsiz əldə etmək mümkündür. Jurnalda il ərzində 30 min məqalə çap olunur.
S.Eminovun məqaləsi ilə http://journals.plos.org/plosone/article?id=10.1371/journal.pone.0163835 keçidindən tanış olmaq mümkündür.