İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 2 mart (AZƏRTAC). Birjanın elektron hərraclar sistemində (BEHS) martın 1-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,7853 AZN-ə bərabər idi.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD\AZN məzənnəsi 1 dollar üçün 0,7853 AZN-ə bərabər olmuşdur.
USD\AZN T+0 aləti üzrə 5 303 928 AZN-a bərabər məbləğ qeydə alınmışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7853 AZN olmuşdur.
Gündüz sessiyasında USD\AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi dəyişməmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi məbləği 6, 748 milyon dollar, 5 303 928 AZN təşkil etmişdir.
USD/AZN T+1, T+2, SWAP_USD\AZN alətləri üzrə də əqdlər qeydə alınmamışdır.
AVR/AZN və RUB/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 13,36 faiz, ABŞ dolları üzrə isə 13,50 faiz təşkil etmişdir.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında martın 1-də əqdlər qeydə alınmamışdır.