İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 20 aprel (AZƏRTAC). Birjanın elektron hərraclar sistemində (BEHS) aprelin 19-da keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,7904 AZN-ə bərabər idi.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USDAZN məzənnəsi 1 dollar üçün 0,7913 AZN-ə bərabər olmuşdur.
USDAZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi dəyişməmişdir.
Gündüz sessiyasında USDAZN T+0 aləti üzrə 8 809 819 AZN-ə bərabər məbləğ qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7904 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, hərracların ümumi məbləği 11 144 000 dollar, yaxud 8 809 819 AZN olmuşdur.
USD/AZN T+1, T+2, SWAP_USDAZN alətləri üzrə də əqdlər qeydə alınmamışdır.
AVR/AZN T+0 aləti üzrə 2 095 000 AVR məbləğində əqd qeydə alınmışdır. 1 avro üçün orta hesablanmış məzənnə 1,1263 AZN-ə bərabər olmuşdur.
RUB/AZN aləti üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 14,40 faiz, ABŞ dolları üzrə isə 14,50 faiz təşkil etmişdir.
BEHS çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında aprelin 19-da əqdlər qeydə alınmamışdır.