İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7829 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə 392.200 AZN məbləğində əqd qeydə alınıb.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7844 AZN olub.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə heç bir əqd qeydə alınmayıb.
Gündüz sessiyasının orta hesablanmış məzənnəsi dəyişməyib.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə 500.000 ABŞ dolları və ya, manat ekvivalenti ilə 392.200 AZN məbləğində əqd qeydə alınıb.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmayıb.
EUR/AZN və RUB
/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmayıb.
EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə bank sifarişləri verilib, lakin bu alətlər üzrə əqdlər qeydə alınmayıb.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 9,67 faiz, ABŞ dolları üzrə isə illik 10,00 faiz təşkil edib.
Sentyabrın 2-də birjada banklararası kredit alətləri üzrə əqdlər bağlanmayıb.